İsxak Hersoqdan Azərbaycan Prezidentinə: “Uğurlarınıza sevinirik”

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. İsrail xalqı ölkələrimiz arasındakı dostluq münasibətlərini qeyd etməkdə mənə qoşulur.
 

Həm İsrail, həm də regionumuz üçün sabitlik mayakı olan Azərbaycanla strateji tərəfdaşlığımız Yerusəlimdə yüksək qiymətləndirilir. Siz regional sülhün əldə olunmasında səylər göstərməyi prioritet müəyyən etmisiniz, bu da Azərbaycanın dialoq və diplomatiya üçün mühüm platformaya çevrilməsinə səbəb olub.


Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi tərəqqinin və rifahın parlaq nümunəsinə çevrilib. Ölkəniz dini tolerantlığın və anlaşmanın gözəl modeli hesab olunur və burada cəmiyyətin bütün təbəqələri harmoniya içərisində yaşayırlar. Həqiqətən də antisemitizmin bütün dünyada yayıldığı bir dövrdə Azərbaycan harmoniya içərisində birgəyaşayışın parlaq nümunəsidir.
 

Xanım Mixalın və mənim gözəl ölkənizə səfərimiz zamanı keçirdiyimiz görüşləri həmişə xatırlayacağam və mən prezidentlik dövrümdə ikitərəfli əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm dostluq təməlimizi inkişaf etdirməkdə çalışmağa sadiqəm. Təhlükəsizlik, innovasiya, enerji və ticarət kimi çox əhəmiyyətli sahələr də daxil olmaqla, ortaq məqsədlərimizə nail olmaq üçün imkanlar çoxdur.


“Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyiniz bir vaxtda, bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir.

Bir daha bu əlamətdar gündə səmimi təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı əmin-amanlıq, firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Əziz dostuma hörmətlə və ən xoş arzularla”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – VİDEO

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – VİDEO

İyul ayına olan HAVA PROQNOZU: 42 dərəcə isti olacaq

İyul ayına olan HAVA PROQNOZU: 42 dərəcə isti olacaq

Səbinə Mehdiyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Səbinə Mehdiyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

İyul ayında beş BÜRCÜ inanılmaz sürprizlər GÖZLƏYİR

İyul ayında beş BÜRCÜ inanılmaz sürprizlər GÖZLƏYİR

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Bir ayda Azərbaycanda 6 bank filialı və 1 şöbə bağlanıb

Bir ayda Azərbaycanda 6 bank filialı və 1 şöbə bağlanıb

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

2100-cü ilin xəritəsi: Hansı ölkələr yox ola bilər?

2100-cü ilin xəritəsi: Hansı ölkələr yox ola bilər?

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar CƏRİMƏLƏNDİ

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar CƏRİMƏLƏNDİ

“Qarabağ”ın daha bir futbolçusu Ukrayna klubuna KEÇİR?

“Qarabağ”ın daha bir futbolçusu Ukrayna klubuna KEÇİR?

Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı

Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı

Tramp: “ABŞ-İran danışıqları sabah keçiriləcək”

Tramp: “ABŞ-İran danışıqları sabah keçiriləcək”

Bakının mərkəzində bəzi obyektlər sökülür - FOTO

Bakının mərkəzində bəzi obyektlər sökülür - FOTO

Sertifikasiyada bəzi fənlərə asan, bəzilərinə çətin sual düşüb?

Sertifikasiyada bəzi fənlərə asan, bəzilərinə çətin sual düşüb?

Bitməyən ikili standartlar, davam edən qərəz – AŞPA-dakı anti-Azərbaycan kampaniyasının PƏRDƏARXASI

Bitməyən ikili standartlar, davam edən qərəz – AŞPA-dakı anti-Azərbaycan kampaniyasının PƏRDƏARXASI

Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...

Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki...

Azərbaycanda xüsusi icra məmurları kameral vergi yoxlamalarına cəlb EDİLƏCƏK

Azərbaycanda xüsusi icra məmurları kameral vergi yoxlamalarına cəlb EDİLƏCƏK

Şəmkirdə itkin düşən 14 yaşlı yeniyetmənin meyiti TAPILDI

Şəmkirdə itkin düşən 14 yaşlı yeniyetmənin meyiti TAPILDI

Kiçik görünüş, böyük sağlamlıq faydaları

Kiçik görünüş, böyük sağlamlıq faydaları

Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

End of content

No more pages to load

RADİO