Səhiyyə Nazirliyi ilə dərman zavodu arasında “Varfarin” ÇƏKİŞMƏSİ – Ürək xəstələri üçün təhlükə BÖYÜYÜR

Xəbər verdiyimiz kimi xeyli müddətdir apteklərdə “Varfarin” dərmanı ilə bağlı qıtlıq yaşanır. Digər preparatlarla müqayisədə o qədər də baha olmayan, lakin ürək xəstəliklərindən əziyyət çəkənlər üçün olduqca əhəmiyyətli sayılan bu dərmanın ölkəyə idxalının dayandırılması ilə bağlı müəmma davam edir. Səbəbindən asılı olmayaraq yüzlərlə xəstənin həyatı bilərəkdən riskə atılır. Əslində uzun müddətdir toxunduğumuz problemin həlli yenidən müşkülə çevrilib...

Bəs əslində nə baş verir?

Bizim.Media-nın araşdırması nəticəsində məlum olub ki, “Varfarin”nin apteklərdə qıtlığına səbəb Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən hazırda dərmanın idxalına icazə verilməməsidir. Nazirlik bununla bağlı açıqlamasında səbəb kimi yararlılıq müddəti 5 il deyil, 3 il olan “Varfarin” dərman vasitəsinin idxalına icazə veriləcəyini əsas gətirir.
 

MÖVZU İLƏ BAĞLI:

Varfarin dərmanı apteklərdə niyə YOXDUR? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

 

Maraqlıdır, Nazirlik həyati əhəmiyyət daşıyan dərmanın idxalını bəsit səbəb üzündən niyə ləngidir? Xəstələr şirkət və rəsmi qurum arasındakı müəmmalı çəkişməyə görə niyə gözlədilir?

Məsələyə bu dəfə “Zeytun Pharmaceuticals” şirkəti tərəfindən aydınlıq gətirilib.

Şirkətin idxal üzrə aparıcı mütəxxəsisi Nurlana İbrahimova Bizim.Media-ya açıqlamasında bildirib ki, dərmanı istehsal edən zavodla Analitik Ekspertiza Mərkəzi arasında anlaşılmazlıq yaranıb:

“Qanunvericiliyə əsasən həmişə dövlət qeydiyyatında olan preparatların idxalına yol veririk. Yəni, qeydiyyatı olmayan preparatın ölkəyə idxal olunması ümumiyyətlə mümkün deyil. Çünki hər bir şey gömrük sistemində rəsmiləşdirilir. Mütləq olaraq, reyestrdə preparatın qeydiyyatı mövcud olmalıdır. Varfarin tərkibində 2023-cü ilə qədər Varfariks adında da olub və "Grindeks zavodunun istehsalı olub. Lakin 2023-cü ildən qeydiyyatı bitib. Ümumiyyətlə, preparatın Azərbaycan üçün satışı nəzərdə tutulmayıb.Firmanın da bizə rəsmi məktubu var ki, onun təkrar qeydiyyatdan keçirilməsi nəzərdə tutulmayıb.

Bir sözlə 2023-cü ildən sonra dərman gətirilməyib. Digər istehsalçı STADA zavodudur. Bu zavodun qeydiyyat məsələləri gedib və aprel ayında təkrar qeydiyyət əldə olunub. 2030-cu ilə qədər də qüvvədədir. Sadəcə olaraq orada istehsalçı ilə, Analitik Ekspertiza Mərkəzi arasında yaranan anlaşılmazlıq səbəbindən belə bir məsələ ortaya çıxıb”.

“Zavod deyir ki, 3 illik istehsalla məhsul yoxdur”

Şirkət rəsmisinin sözlərinə görə indiyə qədər “Varfarin” STADA 5 illik istifadə müddəti ilə idxal olunub:

“Hazırda bizim ekspertlər onu 3 ilə endiriblər. Zavod isə bizə rəsmi məktub yazır ki, əlimizdə 3 illik istehsal ilə məhsul yoxdur və heç vaxt istehsal etməmişik. 5 illik istifadə müddəti olan məhsul istehsal etmişik. Ona görə məsələ nümayəndəliyə gedib çatıb və hazırda icazə almağa çalışırlar ki, birdəfəlik 5 illik yararlılıq müddəti olan preparatı ölkəyə idxal edə bilək. Yəni aprel ayından qeydiyyat hazırdır, sadəcə olaraq bu məsələyə görə bir az yubanma var. Ümid edirik nümayəndəlik bu məsələni həll edər və biz də preparatı ölkəyə rahatlıqla idxal edə bilərik”.

Nazirlik idxala nə zaman icazə verəcək?

Nurlana İbrahimova əlavə edib ki, çox güman ki, prosesin tezləşməsi üçün çalışırlar və daim rəsmi qurumla kontaktdadırlar:

“Sadəcə 3 və 5 il istifadə müddətinin orada qeyd edilməsi belə xırda problem yaradıb. Nümayəndəlik də icazənin alınmasında maraqlıdır. Çünki başqa bir analoq yoxdur. Yalnız bir zavodun istehsalı var və onlar da marağındadır ki, tez bir zamanda məhsulu idxal edə bilək. Ümid edirik, Analitik Ekspertiza Mərkəzi dərmana olan tələbatla bağlı vəziyyəti nəzərə alıb, nümayəndliyin müraciətinə müsbət cavab verəcək”, - deyə o, qeyd edib.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Ədalət Fərəcovla bağlı SƏRƏNCAM

Prezidentdən Ədalət Fərəcovla bağlı SƏRƏNCAM

Bu ay 14 gün İŞ OLMAYACAQ

Bu ay 14 gün İŞ OLMAYACAQ

Bakı qlobal şəhərsalma mərkəzi kimi önə çıxır - FOTO

Bakı qlobal şəhərsalma mərkəzi kimi önə çıxır - FOTO

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların maaşları ilə bağlı YENİLİK

Qadınların maaşları ilə bağlı YENİLİK

Milli Məclis məhkəmə aktları ilə bağlı sazişi TƏSDİQLƏDİ

Milli Məclis məhkəmə aktları ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Peşə və kolleclərdə təhsil alanlara da “TələbəPlus” kartı VERİLƏCƏK - RƏSMİ

Peşə və kolleclərdə təhsil alanlara da “TələbəPlus” kartı VERİLƏCƏK - RƏSMİ

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

Bu gündən Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Ziyafət Əsgərov Milli Məclisdə komissiya sədri OLDU

Ziyafət Əsgərov Milli Məclisdə komissiya sədri OLDU

Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”

Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”

Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Şəhərsalma Forumuna görə 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan KEÇİB

Şəhərsalma Forumuna görə 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan KEÇİB

DİQQƏT! Bakının mərkəzi yolları BAĞLANIR – SİYAHI

DİQQƏT! Bakının mərkəzi yolları BAĞLANIR – SİYAHI

End of content

No more pages to load

RADİO