Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Superliqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.
Bizim.Media xəbər verir ki, komanda pley-offun yarımfinalının ilk matçında "Bamdırmaspor"u qəbul edib.
Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal oyunun 71-ci dəqiqəsində - 1:3 hesabı ilə geridə olduqları zaman meydana daxil olub.
Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 23-də keçiriləcək.
Bizim.Media