Zaqatalada 24 yaşlı oğlan bibisinin evini taladı, əşyaları sosial şəbəkədə SATDI

Zaqatala rayonunda bibisinin evindən oğurluqda ittiham olunan 2001-ci il təvəllüdlü Samir Bədirovun cinayət işinə baxılıb.

Bizim.Media “teleqraf.com”a istinadla xəbər verir ki, Samir 2024-cü ilin sentyabrın sonunda bibisinin evinin qapısını dəmir burğacla açıb və qonaq otağından 1200 manat dəyərində künc divanı, jurnal masası, 600 manat dəyərində stol və 6 ədəd stulu, 200 manat dəyərində tozsoranı oğurlayıb. O, ev sahibinə ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş onun bibisidir:

"Bir gün qəfil bibimin evindən oğurluq etmək fikrinə düşdüm. Oğurluğu tək törətdim. Öncə oğurlayacağım əşyaların şəkillərini "WhatsApp" qrupuna yerləşdirdim, sosial şəbəkə vasitəsi ilə əşyaları alan şəxslər özləri onları maşına yükləyərək getdilər. Lakin evin açarları məndə olmayıb. Qapı dəmir olduğu üçün itələyərək açmışam. İçəri qapının isə kilidini dəyişərək ayrı kilid qoymuşam. Evdən stol-stulları, tozsoranı aparmışam. Pul, qızıl oğurlamamışam".

Təqsirləndirilən şəxs bildirib ki, alıcılar həmin əşyaların oğurluq olmasını bilməyiblər. Əşyaları özünkü kimi təqdim edib, oğurlayaraq satdığı mallar geri qaytarılıb:

"Qalan əşyanın da dəyərini ödəməyə hazıram. Əməlimdən peşmanam. Bağışlanmağımı xahiş edirəm".

Zərərçəkmiş qismində ifadə vermiş ev sahibi olan qadının sözlərinə görə, təqsirləndirilən qardaşının oğludur, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur:
 

"Bu ev Rusiyada yaşayan digər qardaşımındır. Qardaşım Rusiyaya gedəndə açarlardan birini mənə, digərini isə ustaya verib. Usta evə baxmaq üçün getdikdə qapının açılmadığını gördü və tez qardaşıma zəng etdi. Qardaşım da mənə zəng vurdu. Rəhmətlik yoldaşımla evə getdik, məndəki açarla qapını açmağa çalışdıq. Lakin qapı açılmadı.


Qardaşım evə girənin tapılması üçün polis şöbəsinə ərizə verilməsini istədi. Bir saatdan sonra cinayətkarın tapıldığını dedilər. Oğurluq edənin qardaşım oğlu olduğu üzə çıxdı".

Zərərçəkmiş qeyd edib ki, fərdi yaşayış evi qardaşı Bəhram Bədirovun adına olsa da, qardaşı həmin evi onun istifadəsinə verib:

"Mən qazanc əldə etmək məqsədilə həmin evi kirayəyə vermək istəmişəm və öz hesabıma əşyalar alaraq evə qoymuşam. Əşyaların oğurlanması nəticəsində mənə ümumilikdə 2000 manat ziyan dəyib".
 

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Samir 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Cəza çəkdiyi müddətdə təqsirləndirilən şəxsin üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 7:00-dək yaşayış yeri olan evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

Sabahın havası: 38 dərəcə isti olacaq

Sabahın havası: 38 dərəcə isti olacaq

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Həqiqətin səsi Şuşadan gələndə

Həqiqətin səsi Şuşadan gələndə

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

End of content

No more pages to load

RADİO