ADNA terrorundan 16 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının 16-cı ildönümüdür.

Bizim.Media xəbər verir ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib.
 

Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.


Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

“Beşiktaş” səfərdə qalib gəldi

“Beşiktaş” səfərdə qalib gəldi

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

End of content

No more pages to load

RADİO