Sertifikasiya QEYRİ-MÜƏYYƏNLİYİ – Müəllimlərə bir il, həkimlərə 6 ay MÖHLƏT VERİLİR...

Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək. Bu  “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklikdən sonra olacaq. Mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər. Bu zaman iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir.
 

Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulub və sözügedən 6 aylıq müddətdə işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə Qanunun 49-1-ci maddəsinin 11-ci hissəsinin 1-ci cümləsinə müvafiq dəyişiklik təklif olunub.


Nəzərə alaq ki, digər sahələrdə daha uzun müddətə möhlət verilir. Məsələn, qanunvericiliyə görə sertifikatlaşdırmadan keçməyən  müəllim bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Tibb işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək


Bəs, həkimlərə niyə 6 ay möhlət tanınır?

Suala Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əvvəlki prodsedura görə, tibb işçisi sertifikasiya imtahanından kəsildikdə onun iş yeri saxlanılmaqla növbəti imtahana hazırlaşmaq üçün 6 ay möhlət verilirdi:

“Əgər həmin şəxs ikinci sertifikasiyadan uğurla keçərdisə, o zaman o öz fəaliyyətini davam etdirə bilərdi. Keçmədiyi təqdirdə əmək müqaviləsinə xitam verilir. Lakin mövcud qanunvericilikdə tam aydınlaşmırdı ki, ilk sertifikasiyadan keçə bilməyən şəxsin ilk 6 ayda əmək haqqı saxlanılır, yoxsa necə...

Bir sözlə bu məsələ ilə bağlı mövcud qanunvericilikdə müəyyən anlaşılmazlıqlar vardı. Bu səbəbdən də tibb müəssisələrin rəhbərləri bu məsələyə fərqli cür yanaşırdı. Artıq yeni qanun layihəsində aydın şəkildə göstərilir ki, sertifikasiyadan keçməyən tibb işçisi 6 ay müddətində iş yeri saxlanılmaqla hər ay maaşını ala bilər. Bu zaman işçi praktiki tibb fəaliyyətindən başqa digər funksiyalarını icra edir.


Tibb işçisinə işə gəlməsinə ona görə qadağa qoyulur ki, əvvəlki qanunvericilikdə sertifikasiyadan keçə bilməyən tibb işçisi işini davam etdirə bilərdi, lakin əlavə praktik biliklər qazanması üçün oan icazə verilmirdi. Yeni qanuna görə isə sertifikasiyadan keçməyən tibb işçisinin əmək haqqı saxlanılmaqla ona imkan verilir ki, yeni praktik biliklər əldə etsin və növbəti imtahana daha yaxşı hazırlaşsın. Nəzərə alaq ki, burada müəyyən risqlər, ona etibar edilən insan sağlamlığı faktoru var. Ona görə də həkimlər 6 aylıq möhlət hüququ verilir”.

Müsahibimiz əlavə edib ki, mövcud qanunvericilk imkan vermir ki, tibb işçisi işləyə-işləyə praktik biliklərini artırsın:
 

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna ediləcək dəyişiklikdə artıq bu qadağa aradan qaldırılır. Qanuna “davamlı peşəkar inkişaf” anlayışı daxil edilir. Bu o deməkdir ki, tibb işçisi davamlı olaraq öz peşəsini təkmilləşdirmək üçün kurslara, masterklasslara və konfranslara qoşula bilər. Hansılar ki, Səhiyyə Nazirliyi tərəfindən tanınır və kredit balı verir. Bir il üçün 50 bal müəyyən edilib. Əgər tibb işçisi öz praktik biliklərini artırmaqla hər il 50 bal toplasa, o zaman onun sertifikasiya imtahanına girməyə lüzum qalmır. Beləliklə həmin tibb işçisi növbəti 5 il üçün tələb olunan şəhadətnaməni alacaq.


Bu ona görə edilir ki, hər bir tibb işçisi özünün praktik və nəzəri biliklərini artırsın. İştirakçısı olduğu masterklasslar, konfranslar və oxuduğu tibbi məlumatlar onun inkişafına təkan versin.

Şəxsi qənaətim budur ki, təklif olunanlar çox mütərəqqi dəyişikliklərdir. Bu mütərəqqi layihələri tətbiq edildikcə digər sahələrdə çalışanlar da öz praktik və nəzəri biliklərini artırmaqda daha maraqlı olacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

End of content

No more pages to load

RADİO