Xərçəngə qarşı mübarizədə 7 QIZIL QAYDA

Dünyada hər il 14 milyon insan xərçəng diaqnozu alır. Azərbaycanda da bu xəstəlik hər il minlərlə insanın həyatını dəyişir. Artan statistika xərçəngin nə qədər ciddi bir təhlükə olduğunu göstərir.

Bizim.Media xəbər verir ki, əgər xərçəngə səbəb olan risk faktorları nəzarət altına alınarsa, bu xəstəlik də önlənə bilər. Bunun üçünsə atılacaq ilk addım — sağlam və balanslı qidalanmadır.

Çəkinizə nəzarət edin

Artıq çəki və piylənmə bəzi xərçəng növləri üçün ciddi risk amilidir. Araşdırmalar göstərir ki, artıq çəkili insanlarda xüsusilə yemək borusu, tiroid, yoğun bağırsaq, mədəaltı vəzi və böyrək xərçənglərinə tutulma riski artır. Enerji qəbulunuz yandırdığınız enerjidən çoxdursa, kilo almağınız qaçınılmazdır. Bunu önləmək üçün porsiyaları kiçildin, un, yağ və şəkər baxımından zəngin qidalardan uzaq durun. Gündəlik olaraq 3 əsas və 3 ara yeməkdən ibarət qidalanma planı yaradın.

Hərəkətli həyat tərzi vacibdir

Həftədə ən az 60 dəqiqə yeriməyi vərdiş halına gətirin. Fiziki aktivlik yalnız çəkiyə nəzarət üçün deyil, eyni zamanda döş, yoğun bağırsaq, prostat və uşaqlıq xərçəngi kimi növlərin riskini azaltmaqda da faydalıdır. Kompüter və televizor qarşısında keçirdiyiniz vaxtı minimuma endirin. Hərəkətlilik bağırsaq sistemini yaxşılaşdırır və immuniteti gücləndirir.

Süfrənizdə tərəvəz və meyvəyə üstünlük verin

Vitamin və minerallarla zəngin olan meyvə və tərəvəzlər, ağız boşluğu, mədə, yemək borusu və prostat  xərçənginə qarşı qoruyucu təsirə malikdir. Bu qidalar A, C və E vitaminləri, selenyum və fitokimyəvi maddələrlə (likopen, lutein, beta karoten və s.) zəngindir. Bu maddələr hüceyrələri zədələyə biləcək sərbəst radikallara qarşı qoruma təmin edir.

Daha çox lifli qida qəbul edin

Araşdırmalar lifli qidaların, xüsusilə də yoğun bağırsaq xərçəngindən qoruma gücünü göstərir. Tam taxıllı çörəklər, tərəvəzlər, meyvələr və paxlalılar lif baxımından zəngindir və bağırsaq fəaliyyətini tənzimləyir.

Doymuş yağlara diqqət yetirin

Döş vəzi, prostat və yoğun bağırsaq xərçəngi ilə yüksək yağlı qidaların əlaqəsi olduğu düşünülür. Xüsusilə trans və doymuş yağlarla zəngin “fast food” və paketlənmiş məhsullardan uzaq durmaq tövsiyə olunur. Həddindən artıq yağlı qidalar kilo artımı və piylənməyə səbəb olur. Həftədə maksimum iki dəfə qırmızı ət yeyin, işlənmiş ətlərdən uzaq durun.

Yeməkləri düzgün bişirin

Qidaların necə bişirildiyi də ən az nəyin yeyildiyi qədər əhəmiyyətlidir. Qızartma və birbaşa alovda bişirmə xərçəngə səbəb olan kanserogen maddələrin yaranmasına yol aça bilər. Bu səbəbdən buğda, sobada, qaynatyma və ya ızgarada bişirməyə üstünlük verin.

Duz istehlakını azaldın

Çox duzlu qidalar təkcə təzyiqi deyil, həm də mədə xərçəngi riskini artırır. Mütəxəssislər ilk olaraq yeməklərə əlavə duz vərdişindən imtina etməyi, zamanla isə duz qəbulunu ümumiyyətlə azaltmağı tövsiyə edir. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

End of content

No more pages to load

RADİO