"Instagram"da tanış olduğu kişini aldadan qadına HÖKM OXUNDU

Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Məmixan Məmmədov 8 il 6 ay, Sadiq Əzizov 8 il 6 ay və Sultanə Həsrətova 8 il müddətinə azadlıqdan mərhum edilib.

Iİttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.
 

Ötən ilin fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevralın 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.


İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib.

Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişdi

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

Lənkəranda ANTİSANİTAR VƏZİYYƏT – Quş kəsimi sexinin tullantıları birbaşa dənizə axıdılıb – FOTO

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Yaxşı niyyət, pis nəticə: Quşları çörək qırıntıları ilə bəsləməyin ölümcül təhlükəsi

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların SAYI

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bayrağa hörmətsizlik edən şəxs barəsində tədbir görüləcək – VİDEO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi – FOTO

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

Bu gündən Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı – VİDEO

Ziyafət Əsgərov Milli Məclisdə komissiya sədri OLDU

Ziyafət Əsgərov Milli Məclisdə komissiya sədri OLDU

Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”

Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”

Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Şəhərsalma Forumuna görə 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan KEÇİB

Şəhərsalma Forumuna görə 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan KEÇİB

DİQQƏT! Bakının mərkəzi yolları BAĞLANIR – SİYAHI

DİQQƏT! Bakının mərkəzi yolları BAĞLANIR – SİYAHI

“Süni intellekt bəzən saxta məlumatların yayılmasına səbəb olur” - Saməddin Əsədov

“Süni intellekt bəzən saxta məlumatların yayılmasına səbəb olur” - Saməddin Əsədov

Hacı Lətifov yüksək vəzifəyə TƏYİNAT ALDI

Hacı Lətifov yüksək vəzifəyə TƏYİNAT ALDI

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti Milli Məclisin GÜNDƏMİNDƏ

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti Milli Məclisin GÜNDƏMİNDƏ

“Şagirdlərin 81 faizinin internetə qoşulma imkanı var” – Firudin Qurbanov

“Şagirdlərin 81 faizinin internetə qoşulma imkanı var” – Firudin Qurbanov

Zaur Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasının direktoru TƏYİN OLUNDU - FOTO

Zaur Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasının direktoru TƏYİN OLUNDU - FOTO

Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Azərbaycan Avropa İttifaqına NOTA VERDİ

Azərbaycan Avropa İttifaqına NOTA VERDİ

End of content

No more pages to load

RADİO