Leyla Əliyeva Vyetnamda – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb.

Görüşdə bildirilib ki, 1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm Kolleci bu sahədə Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir.

Təxminən 3000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə 50-dən çox təlim proqramı var.
 

Eyni zamanda, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə mövcud əlaqələr, iki xalq arasındakı möhkəm dostluq münasibətləri, bu əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ölkələr arasında münasibətlərdə yeni səhifə açdığı vurğulanıb. Mövcud əlaqələrin genişlənməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin öz töhfəsini verdiyi qeyd olunub. 

Fondun təhsil və sosial yönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi xatırladılıb.

Görüş zamanı ikitərəfli münasibətlərə, Ümummilli Lider Heydər Əliyevin iki ölkənin və xalqın dostluğu istiqamətindəki töhfələrə, hazırda Azərbaycan-Vyetnam yüksəksəviyyəli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Mövcud münasibətlərin daha da genişləndirilməsi, bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib.

Ticarət və Turizm Kollecində, həmçinin 1968-1990-cı illərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış vyetnamlı məzunlarla görüş keçirilib. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış vyetnamlı məzunların xüsusi rol oynadıqları diqqətə çatdırılıb. 

Bildirilib ki, məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artıb. Sovet dönəmində Azərbaycanda 5 minədək vyetnamlı təhsil alıb.
 

Görüşdə Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib.


Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

İlham Haqverdiyev azadlığa buraxıldı

İlham Haqverdiyev azadlığa buraxıldı

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI – “Nadir hallarda olur”

Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI – “Nadir hallarda olur”

Şəkərin beyin hüceyrələrinə FAYDASI AÇIQLANDI

Şəkərin beyin hüceyrələrinə FAYDASI AÇIQLANDI

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİLİK

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında – FOTO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında – FOTO

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Hərbi qulluqçular şəxsi jetonla TƏMİN EDİLƏCƏK

Hərbi qulluqçular şəxsi jetonla TƏMİN EDİLƏCƏK

Biləsuvarda antisanitar şəraitdə 205 kq at əti aşkarlandı – FOTO

Biləsuvarda antisanitar şəraitdə 205 kq at əti aşkarlandı – FOTO

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi

End of content

No more pages to load

RADİO