Bakının Bakıxanov qəsəbəsində, "Həyat" şadlıq sarayının qarşısında kütləvi dava olub.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.
Onun sözlərinə görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.
Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media