“Qurumun başı pul yığmağa qarışıb…” — AYNA-nın parklanma siyasəti ictimai narazılıq yaratdı

Son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, bu narazılıqlar əsasən yaşayış binaları ərazisində pulsuz parklanma yerlərinin zəbt olunması, yüksək cərimələr və AYNA rəhbərliyinin sakinlərin razılığı olmadan qeyri-rəsmi formalarda ayrı-ayrı vəzifəli şəxslərin göstərişlərini həyata keçirməsi ilə bağlıdır.



Digər ciddi qanunsuzluq isə AYNA-nın insanları bezdirərək, onlardan topladığı vəsaitlərin ictimaiyyətə hesabatını verməməsi faktıdır.

Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona tətbiq olunan cəriməyə sərt etirazını bildirib.



Partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb.

İqtisadçı deyib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya məxsus olduğu üçün giriş şlaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”

Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlətdikdən sonra telefonun qapatıldığını vurğulayıb.

O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:

“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”.

Natiq Cəfərlinin AYNA-nın fəaliyyəti barədə iradlarına bir sıra ictimai şəxslər və ayrı-ayrı vətəndaşlar tərəfindən sosial media üzərindən çoxsaylı dəstək şərhləri verilib.

Jurnalist Mayıl Ağaxanov isə qeyd edib ki, AYNA-nın fəaliyyətsizliyi ictimai nəqliyyatı iflic edib:



“Bu qurumun başı pul yığmağa qarışıb, ictimai nəqliyyata nəzarətin başını buraxıblar”.

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 20 milyon 15 min 120 manat pul qoparıblar sizdən-bizdən:



“BNA necə milyonları çırpışdırıb aradan çıxdısa, sabah bunlar da adlarını dəyişib mahiyyəti dəyişmədən yeni adla daha çox soyğunçuluq edəcəklər. Süni tıxaclardan kimlər neçə milyon qazanırlar, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait əldə olunur və o pul da rahatca bölünür "ağıllılar" arasında. Biz də saatlarla tıxaclarda deyinib əsəb xəstəsi oluruq. Necədir sizin üçün?“.


Yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olaraq vətəndaşlar AYNA-nı məhkəməyə verməyi təklif edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

End of content

No more pages to load

RADİO