Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirildi – FOTO

15 aprel 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, BRAF - region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.
 

Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin bir araya gəldiyi toplantının əsas mövzusu "Media xidmətlərində uşaqların müdafiəsi" olub.



Toplantının açılış mərasimində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov iştirakçıları salamlayaraq, onları Bakıda görməkdən məmnun olduğunu bildirib, media xidmətlərində uşaqların müdafiəsi mövzusunun aktuallığını vurğulayıb və bu sahəyə dövlət tərəfindən göstərilən xüsusi diqqət və dəstək haqqında məlumat verib, həmçinin bu məsələdə təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə edib.

Daha sonra BRAF-ın Baş katibi xanım Dəniz Güçer və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin birinci müavini xanım Merve Səfa Kavakçı açılış nitqləri ilə çıxış ediblər. Açılış mərasimindən sonra Audiovizual Şura tərəfindən hazırlanmış məlumatlandırıcı videoçarx nümayiş etdirilib.

BRAF-ın Daimi Katibliyinin nümayəndəsi 2023-cü ildə Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının Radio Televiziya Ali Şurasının (RTÜK) ev sahibliyi ilə keçirilmiş BRAF-ın 10-cu toplantısına həsr olunmuş hesabatı qonaqlara təqdim etmişdir. Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev "Azərbaycanda media mühiti və yayım tənzimlənməsi sahəsində son yeniliklər" mövzusunda geniş təqdimatla çıxış etmiş, qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Tədbir zamanı, eyni zamanda üzv ölkələrin tənzimləyici qurumlarının nümayəndələri tərəfindən ölkələrində audiovizual media sahəsində baş vermiş son yeniliklər barədə ölkə hesabatları təqdim olunub.

Təqdim olunan hesabatlardan sonra BRAF-ın dövri sədrliyinə namizədlik məsələsi müzakirə olunmuş və Forumun 2025-2026-cı illər üçün dövri sədrliyi Albaniyanın Audiovizual Media Qurumuna (AMA) keçib.

Toplantının 2-ci hissəsində Audiovizual Şuranın sədrinin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanda uşaq mediası, uşaqların zərərli informasiyadan qorunması, bu sahədə mövcud qanunvericiliyin tətbiqi və Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlərdən bəhs edən "Media xidmətlərində uşaqların müdafiəsi və Audiovizual Şura" adlı geniş təqdimatla çıxış edib. Daha sonra toplantı öz işini panel sessiyaları ilə davam etdirib.

Birinci panel "Uşaqların müdafiəsi üçün hüquqi baza və bunun səmərəli tətbiqi" mövzusuna həsr olunmuşdur. Serbiya Respublikasının Audiovizual və Elektronik Media üzrə Tənzimləyici Qurumunun (REM) beynəlxalq məsələlər üzrə koordinatoru xanım Yelena Kolo Yovanoviçin moderatorluğu ilə baş tutan paneldə RTÜK-ün vitse-prezidenti Dəniz Gülər, Albaniya Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi, Yunanıstanın Radio və Televiziya üzrə Milli Şurasının (NCRT) hüquqi məsələlər üzrə eksperti xanım Teodora Papadaki, Serbiya Respublikasının Audiovizual və Elektronik Media üzrə Tənzimləyici Qurumunun (REM) hüquqi məsələlər üzrə direktor müavini Saşa Simoviç və Moldova Respublikasının Audiovizual Şurasının (CA) sədr müavini xanım Aneta Gonta tərəfindən uşaqların müdafiəsi üçün hüquqi baza ilə bağlı müzakirələr aparılıb.

Daha sonra Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə "Uşaqların müdafiəsində media savadlılığının və valideyn nəzarətinin rolu" mövzusunda ikinci panel sessiya təşkil edilmişdir. Panel sessiyada Audiovizual Şura Aparatının rəhbəri Fazil Novruzov, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov, Bolqarıstanın Elektron Media Şurasının (CEM) baş eksperti İliya Lyutskanov, Gürcüstanın Kommunikasiyalar Komissiyasının (ComCom) baş mütəxəssisi Tinatin Tçatçukaşvili və Rumıniyanın Milli Audiovizual Şurasının (NAC) üzvü Luçian Dindirika tərəfindən sözügedən mövzu ilə bağlı üzv ölkələrdə olan vəziyyət haqqında məlumat verilib və bu istiqamətdə müzakirələr keçirilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün rezidenturaya qəbul imtahanı var

Bu gün rezidenturaya qəbul imtahanı var

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

End of content

No more pages to load

RADİO