“Cib yandıran” GƏLİNLİKLƏR – 15 min manata kimi artan QİYMƏTLƏR – ARAŞDIRMA

Azərbaycanda kişi ilə qadının evliliyini təsdiq etmək üçün onlar arasında nikah bağlanır və adət-ənənəyə uyğun toy edilir. Son illər toy adət-ənənələrinə yeniləri əlavə edilir, adətlər artdığı üçün xərclər də avtomatik çoxalır.

Bəzən toy sahibləri bu məclisin təşkili üçün illərlə pul yığır və ya banklardan kredit götürürlər. Toy xərclərinə qızıl, cehiz, restoran, fotosessiya, gəlinlik qiymətləri də aiddir.

Hər gün artan qiymət fonunda gəlinliklərin də qiyməti “əl yandırır”.

Bizim.Media bir neçə gəlinliklərin satışı və kirayəsini təşkil edən mağazalarla əlaqə saxlayıb, qiymətləri öyrənib.

Məlum olub ki, bu gün ən ucuz gəlinlik libaslarının kirayəsi 500, satışı isə 1500-1700 manatdan başlayır.

Bu qiymət bir neçə dəfə istifadə olunan geyimlərin qiymətidir. İlk dəfə geyiləcək donların kirayə qiyməti isə 1000 manatdır.

“Reino” gəlinlik mağazasında qiymətlər 5 yüz manatla, 5 min manat arasında dəyişir.

Mağazadan bildiriblər ki, yüksək qiymətə olan geyim əl işi və təbii daşlarla bəzədilib.

“Orxideya” gəlinlik mağazasında isə kirayə qiymətləri 600 və 1500 manat arasında dəyişir. Qeyd edilib ki, qız və oğlan toyları üçün libasların qiymətlərində heç bir fərq yoxdur. Satış qiymətləri isə donun xüsusiyyətinə görə fəqlənir.

“Bəyaz lilium” mağazasından isə bildiriblər ki, mağazanın bir filialında gəlinliklərin qiyməti 600-2500, digər filialında isə 2500-15000 manat aralığındadır.

Əlaqə saxladığımız digər mağazalarda da qiymətlər 600 manatla 15000 manat arasında dəyişir. Toy günündə fərqli görünmək istəyənlər ən azı 1500 manat xərcləməlidirlər.

Bundan başqa, xüsusi moda evləri və modelyer-dizaynerlər var ki, onlar artıq öz əl işlərini brendə çeviriblər və tikdikləri gəlinliklər xeyli baha qiymətə satılır.

Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

Azərbaycan dilindən imtahan olacaq

Azərbaycan dilindən imtahan olacaq

Messinin komandası məğlub oldu - VİDEO

Messinin komandası məğlub oldu - VİDEO

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Bu gün rezidenturaya qəbul imtahanı var

Bu gün rezidenturaya qəbul imtahanı var

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

End of content

No more pages to load

RADİO