Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Vaşinqton şəhərində keçirilən “Passport DC – səfirliklər ətrafında dünya turu” festivalı çərçivəsində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi qapılarını yerli və xarici auditoriya üçün açıb.

Bizim.Media xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən bu tədbir müxtəlif ölkələrin mədəniyyətlərinin tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.

Tədbir çərçivəsində Vaşinqton şəhərinin katibi Kimberli Beset Azərbaycan səfirliyini ziyarət edib. Ziyarət zamanı o, Azərbaycan mədəniyyəti və milli mətbəxi ilə yaxından tanış olub.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-nin 250 illik yubileyi və ABŞ–Azərbaycan ikitərəfli münasibətlərinə həsr olunmuş, azərbaycanlı rəssam Nübar Əzimova tərəfindən hazırlanmış rəsm əsərini qonağa təqdim edib.

Təqdimat zamanı səfir Xəzər İbrahim bildirib ki, bu məqam xüsusi rəmzi məna daşıyır. Təqdimatın keçirildiyi ərazidəki ağac Azərbaycanın ABŞ-da ilk səfiri olmuş Hafiz Paşayev tərəfindən əkilib. Səfir vurğulayıb ki, hazırda Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinin rektoru olan Hafiz Paşayev ölkəmizin ABŞ-də ilk səfiri kimi ABŞ–Azərbaycan dostluğunun və bu gün mövcud olan strateji tərəfdaşlığın əsasının qoyulmasında mühüm rol oynayıb.

Səfir Xəzər İbrahim, həmçinin həmin gün Hafiz Paşayevin 85 illik yubileyinin qeyd olunduğunu bildirərək, rəsm əsərini onun əkdiyi ağacın önündə həm onun, həm də öz adından təqdim etdiyini vurğulayıb.

Sonra tərəflər mədəni əməkdaşlığın əhəmiyyəti və bu kimi təşəbbüslərin ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfə barədə fikir mübadiləsi aparıblar.

Kimberli Beset Azərbaycan səfirliyinin bu kimi tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib.

Tədbir çərçivəsində azərbaycanlı icma üzvləri tərəfindən milli rəqslər nümayiş olunub, musiqi proqramı təqdim edilib. İştirakçılara milli geyimlər təqdim olunub, onların tarixi və xüsusiyyətləri barədə məlumat verilib.

Azərbaycan səfirliyinə 1000-dən çox ziyarətçi gəlib. Qonaqlara Azərbaycanın qədim tarixi, multikultural dəyərləri, incəsənəti, musiqisi, milli adət-ənənələri və turizm potensialı barədə geniş məlumat təqdim olunub, müxtəlif çap materialları paylanılıb. Ziyarətçilər, həmçinin ölkəmizin müasir inkişafı və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olublar.

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

End of content

No more pages to load

RADİO