Ceyhun Bayramov: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”

“Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:

“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında ölkələr arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub.
 

Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.


Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:

“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

End of content

No more pages to load

RADİO