Təhsillə bağlı YENİLİK – Məktəblər özlərini MALİYYƏLƏŞDİRƏCƏKLƏR?

Son günlər orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı müzakirələr gedir. Belə bir addım atılarsa, bundan sonra məktəblər arasında daha ciddi və sağlam rəqabətin gedəcəyini proqnozlaşdıranlar kifayət qədərdir.

Bəs, bu halda məktəblərin rəhbərləri əlavə vəsait əldə edə bilmək üçün düzgün idarəetmə mövqeyi seçə biləcəyinə, məktəblərin rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşməyəcəyinə təminat varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərin attestasiyaya cəlb olunması QADAĞANDIR – SİYAHI


Suala təhsil üzrə ekspert Nadir İsrafilov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, publik hüquqi şəxs elan olunan hansısa təşkilat və ya təhsil müəssisəsi dövlət tərəfindən maliyyələşdirilməyəcək:

“İstənilən statusda bu kimi müəssisələrin tam “ayaqda duracağı” vaxta qədər dövlət dəstəyinə ehtiyacı zəruridir. 2009 – cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunla bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ verilsə də, onların indiyədək bu imkandan istifadə etməyiblər. Bunun əsas səbəbi bələdiyyələrin maddi-texniki bazalarının zəif olması ilə əlaqədar olub.

Hər şeydən əvvəl onu qeyd edim ki, belə bir qərarın qəbul edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş vəzifələrin və hədəflərin tələblərindən irəli gələn bir addımdır.

Yəni Strategiyada göstərildiyi kimi təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir.

Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsiln nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir”.


Beynəlxalq praktika nə deyir?

Müsahibimiz xatırladıb ki, qanuna əsasən publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur:

“Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması öz aktualığı ilə gündəmə gələn əsas məsələlərdən biridir. Publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir.

Yəqin çoxlarına məlumdur ki, inzibati dövlət quruculuğu çərçivəsində mülki hüququn konsepsiyalarından biri kimi təxminən iki əsr bundan qabaq Avropada, daha konkret desək, Fransada yaranan publik hüquqi şəxs haqqında qanunlar bir səmərəli model olaraq XX əsrin əvvələrində keçmiş Sovetlər birliyinin bir sıra respublikalarlnda, xüsusilə Pribaltika ölkələrində də qəbul olunub və tətbiq edilib.
 

Yəni, adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək, görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.


Bu mənada atılan belə addımlar təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin – ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirmək, şəffaf və səmərəli idarəetmə mexanizmlərin – onların müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait, habelə təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət etməsi baxımından da dəyərləndirmək olar”.

“Tələsmək olmaz”

Nadir İsrafilov dövlət və bələdiyyə tərəfindən yaradılan təhsil müəssisələri barədə qərar vermək hələ bir qədər tezdir:

“Təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaratmaq, maraqlı tərəflərin nümayəndələrinin iştirakını təmin etməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə idarə olunmasına təkan vermək, idarəetmənin ictimailəşməsi prosesini sürətləndirmək, qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstlik əldə etmək, idarəçiliyinin təkmilləşdirilməsi, rasionallaşdırması və optimallaşdırılmasına xidmət etmək baxımından faydalı olsa da, dövlət və bələdiyyə tərəfindən yaradılan təhsili müəssisələri buna hazır deyil.
 

Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir.


Hesab etmək olarmı ki, bundan sonra məktəblər arasında daha ciddi və sağlam rəqabət gedəcək, məktəblərin rəhbərləri əlavə vəsait əldə edə bilmək üçün düzgün idarəetmə mövqeyi seçə biləcək, rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşməyəcək, əlavə gəlir imkanlarını itirmək təhlükəsi ilə üzləşməyəcək?

Düşünürəm ki, hər şey rəqabətə davamlılığdan, ona verilən kifayət qədər imtiyazlardan necə səmərəli istifadə edib edə biləcəyindən, daha çox hansı xidmətlər göstərəcəyindən, hansı layihələrə imza ata biləcəyindən asılı olacaq. Publik hüquqi şəxs statusu ali məktəblər üçün məqbul sayılsa da, orta ümumtəhsili məktəbləri üçün müəyyən fəsadlar törədə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

End of content

No more pages to load

RADİO