Trampın təhdidi dünyanı TƏŞVİŞƏ SALDI – Böyük savaş BAŞLAYIR...

İran ətrafında gərginlik artmaqda davam edir. Artıq bir müddətdir Tehranla Vaşinqton hələlik bir-birini sözdə təhdid etməklə məşğuldurlar.

Qarşılıqlı xəbərdarlıqlar

ABŞ prezidenti Donald Tramp sosial media hesabında etdiyi açıqlamasında bildirib ki, nə husilər, nə də İrandakı sponsorları əsl ağrını hələ görməyiblər:

"Hücumların son iki həftəsi ərzində husilər məhv edilib. Onların döyüşçülərinin və liderlərinin əksəriyyəti artıq aramızda deyil. Biz onları hər gün və hər gecə daha sərt şəkildə vururuq.

Seçim Husilər üçün aydındır: ABŞ gəmilərinə atəş açmağı dayandırsınlar, biz də onlara atəş açmağı dayandıraq. Əks halda, biz yenicə başlamışıq. Əsl ağrı həm Husilər, həm də İrandakı sponsorları üçün hələ gəlməyib".

Buna cavab olaraq İranın dini lideri Xamenei isə bəyan edib ki, amerikalılar və sionist rejimi tərəfindən hər hansı bir düşmənçilik hərəkətinə yol verilsə, güclü cavab zərbəsi alacaqlar.

Qeyd edək ki, martın əvvəlində ABŞ Prezidenti İranın dini liderinə məktub ünvanlayaraq onu nüvə məsələsi ətrafında danışıqlara dəvət etdi. Əks təqdirdə, Tramp bunun İran üçün ağır nəticələrə səbəb olacağını bildirib. Lakin rəsmi Tehran birbaşa danışıqlardan imtina edərək, yalnız vasitəçilərin iştirakı ilə təmaslara hazır olduğunu bəyan edib.

Böyük savaş alovlanır

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, ABŞ-ın İranla müharibəyə başlaması ehtimalı olduqca minimaldır:

“Düzdür, ritorika həddən artıq aqressiv və hücum ritorikasıdır. Tramp ultimatumla danışır. Amma ona verilən cavab da özünəməxsusluğu ilə diqqət çəkir. Xameneyi, Pezeşkian İranla təhdid dililə danışmağa heç kimin ixtiyarının olmadığını bildiriblər. Ardınca qeyd ediblər ki, ABŞ müharibəyə başlasa, öz başı ağrıyacaq. Üçüncü analitik beyin mərkəzləri də göstərir ki, Amerikanın belə planı olsa da, onun arxasında durmaq çətin olacaq. Çünki İranla müharibə böyük bir regionu ayaq üstə qaldıra və İsrailin müqəddəratı gündəmə gələ bilər”.

Politoloqun fikrincə, məsələnin görünməyən tərəfi odur ki, ABŞ-ın regionda hərbi bazaları mövcuddur və onlar çoxdan İranın paket potensialının hədəfindədir:

“Digər tərəfdən, husilər, İraqdakı qruplaşmalar müharibə başlasa, İranın tərəfində prosesə qatılacaq”.

T.Abbasov düşünür ki, mövcud durumda diplomatik danışıqlar ən münasib variant kimi daha realdır:

“İndiki halda ABŞ-ın risk edib İrana hücum etməsi açıq-aşkar avantürizmdir. ABŞ-ın hərbi birləşmələri döyüşmək məsələsində çox zəifdir. Bir o qədər də səriştələri yoxdur. Texnikaları mütərəqqi olsa belə, döyüşdə hər şeyi həll edən insan faktorudur. Bu baxımdan Amerikanın Vyetnam, Koreya,  Əfqanıstan kampaniyalarını misal göstərə bilərik.

Məsələnin daha çox alovlanmaması üçün prosesdə habelə Çin və Rusiyanın iştirakı da mümkündür. Nəticədə tərəflər dialoqa başlaya bilərlər. Lakin Tehran birbaşa dialoqa getməyəcəyini deyir. Amma vasitəçilərlə dialoqu mümkün sayır. Deməli, diskussiya potensialı tükənməyib və kompromis axtarışına da yer ayrılmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO