Azərbaycanın hava limanları yaz-yay uçuş cədvəlinə keçir

Sabahdan Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçəcək.

Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan geniş marşrut seçimi

Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:

• Avropa: Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt

• Yaxın Şərq: Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat

• Türkiyə: İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman

• Mərkəzi Asiya: Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd

• Cənubi Asiya: Dehli, Mumbay, Lahor, İslamabad

• BƏƏ: Dubay, Əbu-Dabi, Şarja

• Digər istiqamətlər: Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx

Tranzit qovşağının gücləndirilməsi

Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.

Sərnişinlərə tövsiyələr:

Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür. Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

İsmayıllı qəzasında ölən 3-cü şəxsin kimliyi bilindi - VİDEO

İsmayıllı qəzasında ölən 3-cü şəxsin kimliyi bilindi - VİDEO

End of content

No more pages to load

RADİO