Elektromobillərin sayı ARTIR – Bəs yetərli sayda enerjidoldurma məntəqəsi VARMI?

Son illər elektroavtomobillərdən istifadə edənlərin sayı dünyada və Azərbaycanda sürətlə artıb.

Buna səbəb ekoloji cəhətdən təmiz enerji ilə çalışan avtomobillərin, həm sərf olunan yanacaq, həm də hava çirkliliyi baxımından müsbət təsir göstərməsidir. Azərbaycanda, xüsusilə 2024-cü ildən etibarən ekoloji təmiz minik avtomobillərinin sayı rekord həddə çatıb. Bu barədə Media Təhlil Mərkəzinin məlumatında qeyd edilir. Statistikaya görə, son 5 ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli minik avtomobilləri təşkil etsə də, 2024-cü ildə ekoloji təmiz minik avtomobillərinin ümumi minik avtomobillərinin idxalında payı rekord həddə, yəni 35,45 faizə çatıb.

Lakin elektroavtomobillərə olan marağın artması ilə yanaşı, enerji doldurma məntəqələrinin sayının hələ də məhdud olması, sürücülər arasında bəzi narahatlıqlara səbəb olur. Sözügedən avtomobillərin şarj problemi daha qabarıq fonda üzə çıxır.  Azərbaycanda 195 məntəqədə 430 elektrik doldurma cihazı quraşdırılıb. Sürücülər bunun qaneedici rəqəm olmadığı fikrindədirlər.

Bəs, yeni şarj məntəqələrinin sayı yetərlidirmi? Məntəqələrin qurulması üçün nə kimi stimullaşdırıcı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-ya danışıb.

“Ölkəmizdə enerjidoldurma məntəqələrinin sayı kifayət qədər deyil. Xüsusilə bölgələrdə məntəqələrin sayı artırılmalıdır. Cihazların bir hissəsini sahibkarlar, özəl qurumlar digər hissəsini isə dövlət qurumları təşkil edir. Ümid edirəm ki, dövlət stimullaşdırıcı tədbirlər həyata keçirəcək. Bunlar regionlarda enerjidoldurma məntəqələri, cihazları quraşdıran sahibkarlara müəyyən subsidiyaların verilməsi, güzəştlərın tətbiqi ola bilər",- deyə o vurğulayıb.

Ekspert artan tələbat fonunda infrastrukturların buna uyğun şəkildə genişlənməsinin vacib olduğunu da qeyd edib.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

“Sumqayıt”da ciddi itki

“Sumqayıt”da ciddi itki

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO

Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Əməkdar artistin səhhətində problem yarandı

Əməkdar artistin səhhətində problem yarandı

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Turistlər üçün dünyanın ən ucuz ölkələrindən biri - Qəpik-quruşla səyahət

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü - FOTO

Ağcabədidə ailə faciəsi: Arvadını ət baltası ilə öldürdü - FOTO

KVN ulduzu faciəvi şəkildə həlak oldu

KVN ulduzu faciəvi şəkildə həlak oldu

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

End of content

No more pages to load

RADİO