Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Əslən Ağdam rayonunun Mərzili kəndindən olan 1969-cu il təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını qətlə yetirib.
Onun cinayəti mətbəxdə istifadə olunan ət baltası ilə törətdiyi bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Bizim.Media