Eyni ZƏRƏR, fərqli YANAŞMA – Alkoqollu içkilərlə bağlı yeni QAYDA gəlir?

Siqaret qutularının üzərində sağlamlığa ciddi zərər verdiyini göstərən yazılar və xəbərdarlıqlar artıq uzun illərdir ki, var. Bu yanaşma tütün məmulatlarının ziyan və risklərini öncədən göstərmək, istifadəçiləri məlumatlandırmaq məqsədi daşıyır. Lakin eyni xəbərdarlıqlar alkoqollu içkilərin üzərində yer almır.

Alkoqol da ən az tütün məmulatları qədər insan sağlamlığına zərərli deyilmi?

Üstəlik sosial davranışlara və təhlükəsizlik məsələlərinə də təsiri az deyil. Bu mövzu tez-tez insanlar arasında müzakirə obyektinə çevrilir və müxtəlif yanaşmalar meydana çıxır.

Söhbət zərərli məhsullar barədə alıcıları öncədən məlumatlandırmaqdan gedirsə, bunun insanlar üzərində təsirini də xüsusi vurğulamalıyıq.

Sosioloq Naib Niftəliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, siqaret kimi alkoqol da müəyyən zərərli vərdişlərə meyl və asılılıq yaradır:

“Hətta, böyük asılılıq, insanın içkili vəziyyətdə həm fiziki, psixoloji həm də əqli cəhətdən özünü çətin idarə etməsi yaxud idarə edə bilməməsi, uzunmüddətli istifadədə isə onun sağlamlığına iş qabiliyyətinə, intellektinə, gündəlik həyatına, sosial ünsiyyətinə mənfi təsir göstərməsi baxımından alkoqollu içkilər daha zərərlidir.

Bütün bunlarla bağlı, Səhiyyə Nazirliyi və digər müvafiq qurumların xəbərdarlıq etiketinin olması məqsədəuyğundur. Düşünürəm ki, bu məsələnin həm ictimai səviyyədə müzakirəsi, həm də milli məclisdə qanunvericilik səviyyəsində müzakirə olunması,  alkoqollu içkilərlə bağlı xüsusi qanunun layihəsinin qəbulu və tətbiqi, həmçinin orada bu xəbərdarlıq faktının öz əksini tapması mütləqdir.

Bu imperativ bir qanun şəklində təqdim olunmalıdır. Eləcə də digər istehsal və istehlakçı qurumlar qeydiyyat aparmalıdırlar və xaricdən gələn malların da üzərinə xüsusi etiket əlavə olunmalı, ondan sonra satışa buraxılmalıdır”.

Sosioloqun sözlərinə görə, alkoqoldan istifadə edənlərin sayı da çoxdur:

“Xüsusən şadlıq evlərində  alkoqoldan istifadə kifayət qədər olur. Buna görə, müəyyən məhdudiyyətlərin tətbiqi, alkoqullu içkilərin zərəri ilə bağlı reklam çarxları da olmalıdır”.

Sözügedən etiketlərin olmasının cəmiyyətin alkoqol istehlakına təsiri barədə isə Naib Niftəliyev vurğulayıb ki, bunu tətbiqdən sonra müəyyən araşdırmalar və statistika sayəsində öyrənmək olar:

“Buna cəhd etmək məqsədəuyğundur. Ola bilər ki, alkoqol istehsal edən fabriklər bu barədə mənfi münasibətdə olsunlar. Aydındır ki, bu onların bazarına müəyyən mənada təsir edir. İstənilən bazardansa insanların sağlamlığı və səhhəti əsas götürülməlidir”- deyə sosioloq əlavə edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO