Xərçəngi sağaltmaq üçün “türkəçarə” müalicələr – Təsirli, yoxsa təhlükəlidir?

Sosial şəbəkədə “müalicə” yazan, tibbi mövzuda tövsiyələr verənlərin sayı getdikcə artır.

Xüsusilə onkoloji mövzuda çeşidli “reseptlər” verən, müalicə yöntəmləri təklif edənlərin sayı daha çoxdur.

Buğda cücərməsi, ərik tumu, soda, hətta kənd təsərrüfatında istifadə edilən kreolin  preparatdan istifadə etməklə sağalmağın mümkün olduğunu iddia edirlər.

Bəs, bu deyilənlər nə dərəcədə doğrudur? Həqiqətənmi bu yöntəmlər xərçəng xəstəliyinin müalicəsində effektlidir?

Mövzu ilə bağlı Bizim.Media tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Müseyibovla söhbətləşib.

Həkimin sözlərinə görə, onun pasiyentləri arasında da belə ara müalicələrə üz tutanlar olub:

“Belə müalicə metodları təklif edən videolar, materialları mən də görmüşəm.  Hətta xəstələrimdən biri bunun ağır fəsadı ilə qarşılaşıb. Bir dəfə mənə zəng etdi ki, doktor, qanaxma baş verib. Soruşdum ki, bu, nədən sonra oldu? Etiraf elədi ki, kənd təsərrüfatında istehsal olunan həmin preparatı qəbul edib. Ondan soruşdum ki, sənə kim dedi onu iç? Qayıtdı ki, səsyazısı yayılıb.

Onu dinləyəndən sonra bunu elədim. Əlbəttə, belə metodlara, yöntəmlərə əl atmaq təhlükəlidir. Hər bir müalicə dərin bir elmə söykənməlidir. İsbat olunmuş müalicə metodu olmalıdır ki, ondan istifadə edilsin. Yoxsa o dedi, sosial şəbəkədə gördümlə müalicə olmaz. Onun fəsadı xəstəliyi daha da ağırlaşdırır”.

Həkim bildirib ki, xərçəng dövrün ən ağır xəstəliklərindən biridir və ciddi müalicə tələb edir:
 

“XXI əsr olmasına, texnologiyanın, elmin yüksək inkişaf etməsinə baxmayaraq, xərçəngi tam olaraq müalicə etmək olmur. Amma ilk mərhələlərdə olanda bu, mümkündür.  Təəssüf ki, bizim pasiyentlərimiz həkimə ancaq 3-cü, 4-cü mərhələdə müraciət edirlər. Onda da iş işdən keçmiş, xərçəng orqanizmdə qol-qanad atmış olur. Bu mərhələdə də tibb onun öhdəsindən gələ bilmir. Ona görə də vaxtaşırı müayinələrdən keçmək, mütləqdir”.


Onkoloq deyir ki, şiş xəstəliklərinin müalicəsində bitkilər təsirsizdir:

“Bəli, elə bitkilər var, müəyyən xəstəliklərdə kömək edir. Amma onkoloji xəstəliklərdə bitkilərin təsiri ilə bağlı sınanmış təcrübə yoxdur. Düzdür, deyə bilərsiniz ki, dərmanların çoxu elə bitkilərdən hazırlanır. Amma dərmanlar isbat olunmuş, təcrübə edilmiş, təsdiqlənmiş preparatlardır”.

Söhbət əsnasında onkoloq “bəzi xarici ölkələrdə onkoloji xəstəliklər yoxdur. Amma Azərbaycanda isə hər gün artır” iddiasına da cavab verdi:

“Xərçəng xəstəliyi bütün insanlarda olur. Mən bir dəfə Türkiyədə elmi rəhbərimə sual verdim ki, necə etmək olar ki, insanlarda xərçəng xəstəliyi olmasın. O mənə cavabında dedi ki, xərçəngə tutulmamağın tək çarəsi doğmamaqdır”. Yəni nə qədər insan var, xəstəlik də olacaq. Sadəcə, vaxtlı-vaxtında müayinə olunmaq lazımdır. Bəzi ölkələrdə - İsraildə, yaxud Qərbi Avropa ölkələrində bu xəstəlik azdır, ona görə ki, oranın vətəndaşı vaxtlı-vaxtında həkimə gedir.
 

Ağrı oldu, olmadı, müntəzəm “Check - up”dan keçirlər. Erkən mərhələdə diaqnoz qoyulub sağaldıqlarına görə biz kənardan baxıb o ölkədə xəstəlik yoxdur deyirik. Halbuki elə deyil. Biz bəzən insanlarımızı başa sala bilmirik ki, profilaktik müayinələr mütləqdir. Şikayət olsa da, olmasa da, qadınlar 30 yaşdan yuxarı ildə 1-2 dəfə mammoqrarfiyadan, ginekoloji müayinədən, kişilər prostat müayinəsi, yaxud kolonoskopik müayinədən, siqaret çəkənlər ciyərlərini müayinədən keçirsinlər.


Erkən müəyyənləşəndə bunun yüzdə yüz nəticəsi də olur. Bununla yanaşı, immuniteti yüksək saxlamaq,  stressdən uzaq omaq, sağlam qidalanmaq və daim hərəkətdə olmağa çalışmalıyıq. Əsas bunlardır. Təəssüf ki, bizdə çox zaman bunları gözardına alırlar, üstəlik həkimə də o vaxt gedirlər ki, xəstəlik artıq 3 və 4-cü mərhələyə çatıb. Onda da heç nə eləmək mümkün olmur.  Müalicələrlə xəstələrin yaşama şansı maksimum 5 il olur”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağgöldə lalə dənizi... – FOTO

Ağgöldə lalə dənizi... – FOTO

AVROPANIN LƏKƏLİ ÜZÜ...

AVROPANIN LƏKƏLİ ÜZÜ...

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

İranda daha üç məhbus edam edildi

İranda daha üç məhbus edam edildi

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

End of content

No more pages to load

RADİO