Tiktoker Ləman söyüşlərə görə CƏZALANDIRILDI

“TikTok”da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.

Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra “TikTok” sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.

Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.

Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub. Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.
 

Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib. Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, “TikTok”dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqda danışıb.


Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib.

Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.

Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

İsmayıllı qəzasında ölən 3-cü şəxsin kimliyi bilindi - VİDEO

İsmayıllı qəzasında ölən 3-cü şəxsin kimliyi bilindi - VİDEO

End of content

No more pages to load

RADİO