XİN-dən Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BƏYANAT

“33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımı törədilib. 1 gecədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xüsusilə azərbaycanlıların çoxluq təşkil etdiyi Bağanis Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində törədilən kütləvi qətliamların xronologiyasına baxmaq Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu anlamaq üçün kifayətdir.

Xocalı şəhərinin hələ 1991-ci ildən mühasirəyə alınması, avtomobil əlaqəsi və elektrikin kəsilməsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə kütləvi şəkildə atəşə tutularaq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliyin törədilməsi bu qətliamın məqsədyönlü və planlı şəkildə icra edilməklə, mahiyyəti etibarilə soyqırımı olduğunu təsdiqləyir. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 68 qadın və 26 uşaq daxil olmaqla, 1275 nəfər əsir götürülüb”, - vurğulanıb.

Bildirilib ki, Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, onlara qarşı nümayiş olunan qeyri-insani rəftar, verilmiş işgəncələr, öldürülən insanların nəşinin alçaldılması kimi elementlər özlüyündə beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, bu istiqamətdə mövcud beynəlxalq konvensiyalar, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyalara zidd olmaqla, beynəlxalq hüquqi məsuliyyət doğurur:

“Xocalı cinayətkarlarının etirafları, xüsusilə soyqırımı şahidləri tərəfindən də kimliyi təsbit edilmiş Monte Melkonyanın Xocalının “strateji məqsəd olmaqla yanaşı, revanş aktı” olduğunu bildirməsi, soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıda ermənilərin dinc azərbaycanlılara əl qaldırmayacağı streotipini qırması” və bununla bağlı “heç bir peşmanlığın duyulmaması” bəyanatları Xocalı soyqırımının məqsədyönlü şəkildə törədildiyini və soyqırımı ilə bağlı beynəlxalq hüquqi məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü sübuta yetirir.
 

Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı mövcud fakt və dəlillərə etinasızlığı Ermənistanın azərbaycanlılara qarşı müharibə cinayətlərinin həm keçmiş işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı xüsusilə mülki obyektlərə hücumlarla davam etməsinə səbəb oldu”.


“Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində isə suverenliyimizin bərpa olunması, Xocalının azad olunması, müharibə cinayətkarlarının hüquqi məsuliyyətə cəlb olunması tarixi ədalətin təcəssümüdür.

Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik”, - bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyaca məşhur futbolçumüsəlman oldu - FOTO

Dünyaca məşhur futbolçumüsəlman oldu - FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

Nərminə Kamala yeni vəzifə verildi

Nərminə Kamala yeni vəzifə verildi

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Vəkil Elşad Məmmədov SAXLANILDI

Vəkil Elşad Məmmədov SAXLANILDI

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO