Süni intellektin fəaliyyəti MƏHDUDLAŞDIRILIR – Bu qadağalar tətbiq OLUNACAQ

Son illər  süni intellektin sürətli inkişafı bir çox sahələrdə inqilabi yeniliklər vəd etməklə yanaşı, ciddi təhlükələrə də səbəb olub. İnsan həyatını asanlaşdırma potensialı olan bu texnologiya nəzarətsiz irəlilədikdə təhlükəsizlik və sosial nəzarət kimi problemləri gündəmə gətirir. Müşahidə etdikdə görürük ki, son illər süni intellekt dünya ölkələri arasında qarşılıqlı əlaqə formatını da əhəmiyyətli dərəcədə dəyişib. Bu səbəbdən də ötən il süni intellektin təhlükələri barədə 30 ölkənin iştirakı ilə hesabat hazırlanıb. Hətta Avropa Parlamenti dünyada ilk süni intellekt qanununu qəbul edib.

Bu baxımdan artıq süni intellektə riskə əsaslanan yanaşma tətbiq olunacaq. Onun yarada biləcəyi risk səviyyəsindən asılı olaraq, qaydalar daha da sərtləşəcək. Dünya İqtisadi Forumu (WEF) ortamüddətli dövrdə əsas riskləri müəyyən edən qlobal risklər hesabatında Azərbaycan üçün əsas risk kimi süni intellektin inkişafı göstərilib.

Milli Məclisin deputatı Azay Quliyev də parlamentdə Azərbaycanda süni intellekt haqqında xüsusi qanunun qəbuluna ehtiyac olduğunu vurğulayıb:

“Çünki etik və hüquqi davranışa zidd hallara yol verən süni intellekt tərəfindən yaradılan müəyyən məzmunun manipulyasiyasına yol açan şəxslərə, qurumlara qarşı böyük məbləğdə cərimələr və ən sərt cəzalar tətbiq edilməlidir”.

Bəs süni intellektin yaratdığı risklərə qarşı qanunvericilikdə nə kimi addımlar atılmalıdır?

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Bizim.Media-ya danışıb.

O bildirib ki, ölkəmizdə süni intellekt sənayesi yoxdur.

“Bizim modelimiz yoxdur. Gələcəkdə bu sənayenin formalaşması üçün qanunvericilik yarana bilər. Ona qədərki mərhələdə isə müəyyən təkmilləşmələrə ehtiyac var. Düzgün rəqəmsal konvensiya ilə bağlı mexanizmlər olmalıdır. Rəqəmsal sənayenin düzgün formalaşması üçün strategiya və mexanizmlər gərəklidir. Süni intellekt dövrün çağırışıdır”,- o deyib.

Ekspertin sözlərinə görə, biz bu modeli yarada bilməsək də, həllər üzərində çalışa bilərik.

“Ölkəmizdə süni intellektdən istifadə edilməsilə bağlı qaydalar tərtib olunmalıdır. Onlar isə daha sonra ölkədə baş verən hadisələrə görə daima təkmilləşməlidir. Qanunların tərtib edilməsinə, anlayışların formalaşmasına ehtiyac var. Bu istiqamətdə artıq işlər görülməlidir”,-deyə E.Abdullayev vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Bioloji yaşı necə aşağı salmaq olar?

Bioloji yaşı necə aşağı salmaq olar?

Süni intellektə ən çox verilən 10 sual

Süni intellektə ən çox verilən 10 sual

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Hacıqabulda DƏHŞƏT – 53 yaşlı kişini qatar vurub

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

ABŞ İranla danışıqlar aparır -Tramp

ABŞ İranla danışıqlar aparır -Tramp

BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

Varlanmaqda çox çətinlik çəkən 3 BÜRC

Varlanmaqda çox çətinlik çəkən 3 BÜRC

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

End of content

No more pages to load

RADİO