"Sanki suyun dibinə çöküblər, səsləri çıxmır" — İlham İsmayılov

Son günlər gündəmdə olan mühüm xəbərlərdən biri də Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması olub. Buna səbəb həmin qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunmasıdır”.

Bizim.Media xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.

O bir neçə il əvvəl mətbuatda çıxış edərkən Ramiz Mehdiyevin bəzi hərəkətlərinə qarşı fikirlərini açıq söylədiyini deyib:

“Xüsusən də, seçki proseslərinə müdaxilə etməsini, özü seçilə bilən, dövlətə, dövlətçiliyə bağlı olan milli adamların kənarda qalmasına, xalqın heç bir etimadını qazanmayan adamların isə məcburi həmin yerlərdən seçilməsinə, xalqın dövlətçiliyə qarşı narazı salınmasina xidmət edirdi. Nəinki adları çəkilən, hazırda artıq vəzifədə işləməyən bu adamlar, bu gün vəzifədə olan bir çox adamlar da var ki, sanki suyun dibinə çöküblər, səsləri çıxmır. Ancaq bunların bütün fəaliyyətləri, əməlləri göz qabağındadır. Xüsusən də, hansı qurumlardakı insanlar açıq-aşkar incidilir, rüşvət alınır, yəni hər şeyi rüşvətlə həll etmək istiqamətinə yönəldilir. Bu bir çox qurumlarda bu gün də davam etməkdədir. Bu adamların hərəkətinə başqa heç bir ad qoymaq olmaz. Aydındır ki, onlar xaricdən idarə olunan hansısa bir casus şəbəkənin üzvləridir. Və onların məqsədi insanları daimi narazı vəziyyətdə saxlamaqla dövlətə qarşı bir gərginlik yaratmaqdır. Təbii ki, bu gün onların bir hissəsi işdən azad olunsa da, onlardan vəzifədə qalanları da var və hələ də insanları incidirək narazılıq yaradırlar”.

O əlavə edib ki, Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib:

“Bu barədə də münasibət bildirmək istəyirəm. Artıq açıqlamalardan da məlum olduğu kimi yarım milyarda yaxın vəsaitin ayrılması ilə bağlı istər QHT-lər, istər mətbuat, istərsə də ayrı-ayrı şəxslərin fəaliyyətləri hələ araşdırılır, yəqin ki, bundan sonra da araşdırılacaq. Bir çox antimilli hərəkətlər üzə çıxır. Pulu kim verirsə, sifarişi də o verir. Mən vaxtilə, təxminən 10-15 il bundan əvvəl bir mətbuat qurumuna müsahibəmdə bildirmişdim ki, yaxşı olar ki, milli istiqamətdə, xüsusən də Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı çalışan bir çox təşkilatlar dövlət tərəfindən maliyyələşsin. Çünki əks halda bəzən bilərəkdən və ya bilməyərəkdən belə təşkilatlar təsir altına düşə bilirlər. Hətta ilk vaxtlarda onlara şirnikləndirici təkliflər verirlər, sonra artıq sifarişlər dəyişilir. Buna Gürcüstan hadisələrini misal göstərmək olar. QHT-lərdən həm də sonda gördükləri işin hesabatı tələb olunur. Ona görə də bu gün onların içində həqiqi mənada milli mücadiləyə, mübarizəyə özünü həsr etmiş bir şəxs, mətbuat görə bilmirəm. İlk baxışdan hamı bu istiqamətdə çalışdığını deyə bilər, ancaq yəqin ki, sübüt edə bilməzlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

End of content

No more pages to load

RADİO