Təhsilə ayrılan xərclərin artırılması ilə bağlı AÇIQLAMA

Bu gün Azərbaycanda özəl məktəb və liseylərin daha yüksək nəticələr göstərməsinin əsas səbəblərindən biri kimi şagird başına ayrılan vəsaitin dövlət məktəbləri ilə müqayisədə daha çox olması əsas göstərilir. Belə ki, dövlət məktəblərində bir şagirdin təhsilinə xərclənən illik vəsait orta hesabla 1600-1700 manat arasında dəyişir.

Bəs təhsilin yüksək inkişafının təmini üçün ayrılan maddi vəsaitin artırılmasına ehtiyac var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Səbuhi Abdullayev hesab edir ki, şagirdlərə ayrılan məbləğ stabil deyil:

“Məbləğin bu intervallarla dəyişməsi ilə şagirdlərin daha mükəmməl şəkildə bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda müasir innovasiyalara cavab verən təhsilə cavab verməsi mümkünsüzdür. Məsələn məktəblərdə avadanlıqların,cihazların azlığı şagirdlərin onlardan istifadəsini məhdudlaşdırır. Bu da yeni fənn üsulunun mənimsənilməsində müəyyən çətinliklər yaradır. Rəqəmsal texnologiya və süni intellekt avadanlıqlarının istifadəsi baxımından da istifadəyə maneə törədir.
 

Liseylərdə və gimnaziyalarda bu məbləğ yüksəkdir. Həmin tədris müəssisələrində  təhsilin daha keyfiyyətli olduğunu görürük. Orada oyun meydançaları, üzgüçülük zonaları, bilik və bacarıqların artırılmasına yönəlmiş xüsusi düşərgələr və s. geniş şəkildə fəaliyyət göstərir. Lakin dövlət məktəblərində bunun əksinin şahidi oluruq.


Cihazlar işləmir, avadanlıqlar yox dərəcəsindədir. Sadəcə bir topu meydana qoymaqla şagirdlərə idman dərsləri tədris olunur. Bu, uşaqların zehni və fiziki inkişafına təsir göstərən amillərdəndir. Düşünürəm ki, şagirdlər üçün ayrılan illik məbləğ artırılmalı, tədris proqramları yenilənməli, müəllimlərə ayrılan vəsait də qaldırılmalıdır",- deyə ekspert vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

End of content

No more pages to load

RADİO