BİZİM TƏQVİM: Fevralın 15-də baş vermiş tarixi hadisələr

1989-cu ilin 15 fevral tarixindǝ Sovet İttifaqı bütün qoşunlarının Əfqanıstandan çıxarıldığını rəsmən elan edib. Bununla da 1979-cu ilin dekabrından davam edən qanlı sovet-əfqan müharibəsi başa çatıb. Müharibǝ nǝticǝsindǝ 1 milyon Әfqanıstan vǝtǝndaşı hǝlak olub, 2,5 milyon adam xǝsarǝt alıb, 5 milyon adam isǝ başqa ölkǝlǝrǝ köç etmǝk mǝcburiyyǝtindǝ qalıb.

Bəs, 15 fevralda daha hansı hadisələr baş verib?

1. 1820-ci ilin 15 fevral günü Kopenhagen Universitetində elektrikə həsr olunmuş növbəti mühazirə fizika professoru Ersted elektrikin maqnit təsirini kəşf edib.

2. 1898-ci ilin 15 fevral tarixindǝ Amerika Birlǝşmiş Ştatlarına mǝxsus hǝrbi gǝminin İspaniyanın rǝhbǝrliyindǝki Kubanın Havana limanında partlamasından vǝ 260 dǝnizçisinin hǝlak olmasından sonra ABŞ İspaniyaya müharibǝ elan edib.

3. 1922-ci ilin bu günündə Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılıb. İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlayıb.

4. 15 fevral 1933-cü ildə terrorçu Cüzeppe Zinqura ABŞ-ın yenicə seçilmiş prezidenti Franklin Ruzveltə qarşı sui-qəsd təşkil edib.

5. 15 fevral 1965-ci ildə Kanadanın bayrağına ağ-qırmızı rəngli ağcaqayın yarpağı əlavə edib.

6. 1999-cu ilin 15 fevral tarixindǝ terror tǝşkilatı PKK-nın başçısı Abdullah Öcalan Keniyada saxlanılıb. Türkiyǝnin göstǝrdiyi tǝzyiq nǝticǝsindǝ Suriyada qovulan vǝ Yunanıstan, Rusiya, İtaliya vǝ son olaraq Keniyaya qaçmaq mǝcburiyyǝtindǝ qalan terror tǝşkilatının başçısı Hollandiyaya getmǝk istǝdikdǝ Nairobi hava limanında  Türk tǝhlükǝsizlik qüvvǝlǝri tǝrǝfindǝn saxlanılıb vǝ xüsusi tǝyyarǝ ilǝ Türkiyǝyǝ gǝtirilib.

7. 15 fevral 2001-ci ildə tam insan genomunun ilk layihəsi “Nature” jurnalında dərc olunub.

8. 2003-cü ilin bu günündə dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə qarşı etirazlar keçirilib. 8 milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.

9.  15 fevral 2013-cü ildə Rusiyanın Çelyabinsk vilayətinə meteorit düşüb.

15 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. E.ə. 399-cu ilin 15 fevral günü dünyada Əxlaq Fəlsəfəsinin banisi kimi qəbul edilən, məhşur antik yunan filosofu Sokrat “yunan allahlarına qarşı gəldiyi” və “gənclərin mənəviyyatını pozması” iddiaları ilə ölümə məhkum edilib.

2. İtaliyanın dahi fiziki, mexanik, astronom və filosof Qalileo Qaliley 1564-cü ilin 15 fevralında anadan olub.

3. Biologiya elmləri doktoru, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954–1959-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi, Azərbaycan EA-nın həqiqi üzvü İmam Mustafayev 15 fevral 1910-cu ildə anadan olub.

4. 1914-cü ilin 15 fevralında Xalq artisti Muxtar Avşarov anadan olub.

5. 15 fevral 1929-cu ildə Azərbaycan SSR-nin DTK-nın 7-ci sədri, MTX-nin Akademiyasının sabiq sədri Ziya Yusifzadə anadan olub.

6. 1934-cü ilin 15 fevralında Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, Akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev dünyaya göz açıb.

7. Çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi, İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı Cövhər Dudayev 15 fevral 1944-cü ildə dünyaya göz açıb.

8. Azərbaycanın Milli Qəhrəmanı Ramazan Çirinqov 15 fevral 1969-cu ildə anadan olub.

9. 1973-cü ilin bu günündə Əməkdar artist “Toppuş bacı” –Tünzalə Əliyeva anadan olub.

10.  Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov 1089-cu ilin 15 fevralında dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

Sosial şəbəkələrə yeni baxış: Zərərli vərdiş, yoxsa stresslə mübarizə üsulu?

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

İsrail Livanı vurdu, ABŞ yeni əməliyyata başladı... - Yaxın Şərqdə BAŞ VERƏNLƏR

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

“Navai”nin “Ferrari” ilə düşdüyü qəzanın ANBAAN VİDEOSU

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

"Bitcoin"in qiyməti 82 min dollara yaxınlaşır

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

“İkinci əl” təkərlər kəskin BAHALAŞDI

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında ilk finalçı BƏLLİ OLDU – VİDEO

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

İstifadəsiz torpaqlarla bağlı YENİ QAYDA - Boş qalan bağ sahələrinin aqibəti necə olacaq?

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Mayın 6-da baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO