“İnsanlar yaxınlarının orqanlarının bağışlanmasına icazə vermirlər” – RƏSMİ

“Ürəyimi bağışlayıram”. Bu kəlmələr çox vaxt söz xatirinə deyilir. Ancaq gerçək həyatda bunu etmək, həyati vacib orqanının başqasına köçürülməsinə icazə vermək üçün həqiqətən böyük ürəyə sahib olmaq lazımdır.

Bu mənada orqan bağışlamaq həm dini, həm bəşəri baxımdan çox yüksək jest, böyük insanlıqdır.

Bəs, niyə Azərbaycanda bu məsələ aktual deyil? Niyə ürək köçürmə əməliyyatları həyata keçirilmir?

Bunun səbəbi peşəkar mütəxəssis qıtlığıdır, avadanlıq yetməzliyidir, yoxsa donor çatışmazlığı?

MÖVZU İLƏ BAĞLI:

Qanını satmaq qanunla QADAĞANDIR? - FOTO


Sualla Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, Azərbaycanda meyit donorlardan transplantasiya məqsədilə orqan və toxumaların götürülməsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Bu qanun insan orqan və toxumalarının donorluğu və transplantasiyası sahəsində hüquqi tənzimləmələri əhatə edir. Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, gözün buynuz qişası götürülə bilər. Ürək köçürülməsi də insan sağlam vəziyyətdə olanda yox, ancaq ona beyin ölümü diaqnozu qoyulduqdan sonra (meyitdən ) həyata keçirilə bilər”.

Qurum bildirir ki, mərkəz fəaliyyətə başladıqdan sonra bir neçə dəfə beyin ölümü halları baş verib və buranın əməkdaşları ölənin yaxınları ilə danışıqlar aparmağa cəhd etsə də, onlar meyitin orqanlarının bağışlanmasına razılıq verməyiblər:

“Təəssüf ki, bu kimi hallar cəmiyyətdə normal qarşılanmır, lakin bu halın aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür. İnsanların sağlığında ölümündən sonra donor olmağa razılıq verməsi, yalnız özləri üçün deyil, həm də yaxınları üçün vacib bir addım ola bilər. Çünki bu qərarın verilməsi, sonradan yaranacaq çətinliklərin və yaxınları ilə olan anlaşılmazlıqların qarşısını almağa kömək edər. Düşünürük ki, orqanların bağışlanılması prosesinin tam şəffaflıqla həyata keçirildiyi, orqanların ehtiyacı olan şəxslərə təmənnasız formada paylanması və s. kimi düşüncələr cəmiyyətdə formalaşdırılarsa, insanlar yaxınlarının orqanlarının bağışlanmasına daha rahat icazə verərlər”.

Tanınmış cərrah, tibb elmləri doktoru Adil Qeybulla isə Bizim.Media -ya Azərbaycanda ürək köçürülməməsinin səbəbini belə izah etdi:

“Azərbaycanda çox peşəkar ürək cərrahları var. Onlar müəyyən bir heyətlə bu əməliyyatı həyata keçirə bilərlər. Burda ən böyük məsələ donor mənbəyidir. Ürək hardan olacaq? Ürək cüt orqan deyil ki, onun kimdənsə bir hissəsini götürəsən. Yaxud qaraciyər kimi bir hissəsini, böyrək kimi ikisindən birini götürəsən. Ürək beyin ölümü keçirən, praktiki sağlam adamlardan götürülməlidir. Travma keçirən, avtomobil qəzasına düşən gənc adamlar olur. Heç bir valideyn də öz gənc əzizini təşrih etməyə,  yarmağa, onun ürəyini götürməyə icazə vermir. Ona görə də cavan dünyasını dəyişən adamların sağlam ürəyi də torpaq altına gedir. Bu səbəbdən bizdə ürək nəqli məsələsi mümkün olmur. Bizdə orqan nəqli o vaxt yaxşı işləyəcək ki, millət psixoloji olaraq orqan bağışlamağa hazır olsun”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

“Qarabağ”da ciddi İTKİ

“Qarabağ”da ciddi İTKİ

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

I sinfə şagird qəbulu BAŞLADI

I sinfə şagird qəbulu BAŞLADI

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Baş bankirdən maaş alanlara müjdə

Baş bankirdən maaş alanlara müjdə

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

Bu da “Koroğlu”nun atı – VİDEO

Bu da “Koroğlu”nun atı – VİDEO

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

Naxçıvanda dövlət qurumu ləğv edildi

Naxçıvanda dövlət qurumu ləğv edildi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

Suriyada özbək döyüşçülər saxlanıldı

Suriyada özbək döyüşçülər saxlanıldı

End of content

No more pages to load

RADİO