Ayan illər sonra qızının atasından danışdı – VİDEO

Müğənni Ayan Babakişiyeva illər sonra qızı Selenanın atası Füzuli Musayevdən söz açıb. 

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb. 

Babakişiyeva onu şəxsi həyatına görə qınayanlara efir vasitəsi ilə sərt mesajlar ünvanlayıb: 

“Bizi heç kim səhv anlamasın. Bilirəm ki, bu danışdıqlarım sosial şəbəkələrdə yayılacaq və müzakirə olunacaq. Yazırlar ki, sən də belə etdin, ona görə də sənin başına bunlar gəldi. Mən heç nə etmədim. Mən sadəcə sevdim. Sevmək nə zamandan səhv addım olub, səhv yolda olmaq olub? Sevmək axı günah deyil. Bu, ürəkdir sevə bilirsən. Amma bir sevginin bəhrəsi varsa, orada “stop” olmalıdır. Ora toxunmayın. Olmaz! İnsanlar hər şeyə çox həssaslıqla yanaşsınlar.

Heç kim heç kimi zorla məcbur edə bilməz. İstənilir, olur, yaşanılır, bitir. Bitdi və orada da dayanın. Bunu mən yaşamışam və mən cavab verəcəyəm. Bu gün arxasında da mən dururam. O sevgimin bəhrəsini də mən böyüdürəm. Mən Ayan, qızım Selenanın anası. Yenə də hər zaman deyirəm heç bir tərəf övladıma qarşı neqativ deyil. Övladım yalnız sevgi içində böyüyür. Mənə də, atasına da... Ona görə də heç kim heç nəyi bilmədən qınamasın. Ən çox qorxduğum şey qınamaqdır. Qınayaram, elə bir şey başıma gələr ki...
 

Bəlkə orada elə pis addım ataram ki... Orada hamını yıxıb məhv edərəm. Ona görə də “ilahi ədalət” deyilən bir şey var. Çünki mən həyatda bir şeyi qınadım və onu da yaşadım. Yaşadım! Onu heç kim tanımır. O şey mənim şəxsi, özəl həyatımda oldu. Yaşadım və bundan sonra kimisə qınamaq mümkün deyil.


Mən uşaq deyiləm, övlad böyüdürəm. Kənarda çoxları o qədər səhv addımlar atır ki... Otururlar və deyirlər ki, sən belə etdin də... Bədbəxtlik üzərində xoşbəxtlik qurdun. Sən haradan bilirsən ki, kim xoşbəxt, kim bədbəxt idi. Sən mənimlə o həyatı yaşamısan? Mən yaşamışam o gözəl günləri. Mən! Heç nəyə də peşman deyiləm. İstər səhv, istər yanlış addım olsun. Arxasındayam və imzamı da atıram. Yaşamışam, yaşayıram, bundan sonra da yaşayacağam. Çünki mənim övladım var”. 

Ayan bildirib ki, qızı Selena atasını çox istəyir və onunla fəxr edir: 

“Qızım mənim sevgimlə böyüyür, amma atasının sevgisini ona hiss etdirirəm. Yalnız mən hiss etdirərəm və Selena da atasını çox istəyir. Mən onu elə böyütmüşəm. Qızım atasını görmür, amma çox istəyir. Onunla fəxr edirəm. Deyir ki, mənim atam filankəsdir və mən filankəsin qızıyam. O insan bizim üçün dəyərlidir”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

End of content

No more pages to load

RADİO