Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq, legioner limiti ləğv olunacaq

AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.

İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib. Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.

İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Eyni zamanda, Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

End of content

No more pages to load

RADİO