Bakıda DƏHŞƏT: Kişi arvadına görə anasını amansızlıqla QƏTLƏ YETİRDİ

Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kamran Şükürzadənin cinayət işində zərərçəkmişlər dindirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilənin atası Etibar Şükürzadə ifadə verib:

"Səhər saatlarında durub işə getdim. Mənə qonşular zəng edib hadisə barədə məlumat verdilər.

Hadisənin baş verməsi məni şoka saldı. Çünki hər şey qaydasında idi. Yeməyi, içməyi vaxtı-vaxtında idi. Düzü, oğlum yoldaşı ilə boşanmışdı. Bu amil də təbii ki, onun səhhətinə və psixologiyasına mənfi təsir göstərdi. Onun yoldaşı qardaşının əsgərlikdən gəldiyini bəhanə edərək rayona getdi və qayıtmadı. Bu cinayətə əl atmasına səbəb öz boşanma məsələsində anasını günahkar bilməsidir. Oğlumda epilepsiyanın bir növü var idi".

Daha sonra təqsirləndirilən şəxsin bacısı Nigar Şükürzadə zərərçəkmiş qismində dindirilib. O, qısa ifadə verərək, qardaşından heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürova ilə ailədaxili münaqişə yaşayıb. Anası oğluna təhqir dolu, onun tüfeyli həyat tərzi yaşamasına dair irad bildirib.

Kamran Şükürzadə bu münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlib.

Belə ki, o, evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb ümumilikdə 25 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.

Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və o, şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

End of content

No more pages to load

RADİO