Bakıda ana və qızı itkin düşüb.
Bizim.Media xəbər verir ki, Əliyeva Tirmə Mirbala qızı və onun altı yaşlı övladı Əsnad Xüssayn mayın 28-də evdən çıxıb, bir daha geri qayıtmayıb.
İtkin düşən qadının bacısı Səadət Qasımova bildirib ki, artıq dörd gündür ki, T.Əliyevadan bir xəbər ala bilmirlər:
“Mayın 28-də bacım uşağı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Həmin gün günorta saat 14:00 radələrində anamla danışıb və bildirib ki, evə qayıdırlar. Daha sonra atam bacımla əlaqə saxlayıb və ona zəng çatmayıb”. (Oxu.az)
Bizim.Media