Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Artıq 5 ildir ki, Ermənistanın 30 illik işğalına son qoyulub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Lakin işğaldan azad olunmuş bütün ərazilərdə hələ ki, həyat tam bərpa olunmayıb. Bunun da tək səbəbi işğal dövründə Ermənistanın apardığı talançılıq siyasətidir.

Qeyd edək ki, işğal dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda 7 rayonu tamamilə dağıdılıb.
 

MÖVZU İLƏ BAĞLI:

UNESCO-ya müraciət: Mədəni irsimizin dağıdılması ilə bağlı Ermənistana missiya göndərilsin


Belə ki, ermənilər tərəfindən 900-dən çox yaşayış məntəqəsi dağıdılıb, yandırılıb. 150 mindən çox yaşayış evi yararsız hala salınıb. 7 mindən artıq ictimai bina-məktəblər, xəstəxanalar, mədəniyyət evləri və sairə məhv edilib. 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi yerləbir edilib.

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin iyulunda Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirib:

"İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi".

Ermənistan vandalizminin acı və ağır nəticələri

Ermənistan Birinci Qarabağ müharibəsində soyqırımı siyasəti həyata keçirib. Azərbaycanlı olduqları üçün minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 1 milyondan artıq insan dədə-baba ocağından qovulub. Üstəlik, onların öz əmlaklarını aparmasına belə şərait yaradılmayıb.

Daha sonra həmin əmlaklar erməni faşistləri tərəfindən talan edilib. Hətta evlərin daş divarları belə yandırılıb. Məscidlər, qəbiristanlıqlar, maddi-mədəni abidələr viran edilib. Ən dəhşətlisi odur ki, erməni vandalları “qızıl diş” sevdası ilə qəbirləri qazıb, cəsədlərin üzərində təhqiramiz hərəkətlər edib.

Qarabağ və Şərqi Zəngəzurda ekosid

Ermənilər təkcə insanlığa qarşı yox, təbiətə qarşı düşmən münasibət göstəriblər. İşğal dövründə təbii sərvətlərimiz vəhşicəsinə talan, meşə fonduna daxil olan minlərlə hektar ərazi məhv edilib, qızıl, mis və digər faydalı qazıntılar qeyri-qanuni istismar olunub, su ehtiyatları və çaylar çirkləndirilib.

44 günlük müharibədən sonra erməni vandalizminin inkişafı dayandırılsa da, onun kökünü kəsmək heç də asan olmadı. Kəlbəcər ərazisindəki qızıl yataqlarını müharibədən sonrakı dövrdə də ermənilər istismar etməyə çalışırdılar. Bundan əlavə Qarabağ ərazisindəki təbii yataqların vəhşicəsinə istismarı davam etdirilirdi. Məhz bu talançılığın qarşısını almaq üçün Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri 2022-ci ilin dekabrın 12-də Şuşa-Xankəndi yolunda dinc aksiyaya başladı. 5 ay davam edən bu aksiyalar sayəsində erməni talanının qarşısı alındı.

İşğal bitsə də, izləri davam edir...

Ermənistanın işğalına son qoyulsa da, Azərbaycan təbiətinə, xalqına və dövlətinə 30 il ərzində vurulan zərbənin ağır nəticələrini qısa zamanda aradan qaldırmaq mümkün olmayacaq.

Çünki Ermənistan hərbi birləşmələri işğal və 44 günlük müharibə dövründə Qarabağ və Şərqi Zəngəzuru sayı belə bəlli olmayan sayda minalarla çirkləndiriblər. Təsadüfi deyil ki, işğaldan sonrakı dövrdə 400 dən artıq insan mina qurbanı olub. Ümumilikdə isə 3500-dən artıq soydaşımız son 35 ildə mina partlayışlarından zərər görüb.

Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini ölkəmizə vermədiyi üçün minatəmizləmə prosesini qısa müddətdə başa çatdırmaq da mümkün olmur. Bu səbəbdən də məskunlaşma və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ləngiyir.

Ən çox zərər görən sahələrdən biri də mədəni və dini irsdir.

Ermənilər mədəni və tarixi irsə qarşı vandalizm siyasəti aparıblar. İşğal dövründə Azərbaycan xalqına məxsus tarixi və mədəni irs obyektləri məqsədli şəkildə dağıdılıb. Belə ki, 67 məscid dağıdılıb, 900-dən çox qəbiristanlıq, 192 məbəd, 44 məbəd kompleksi məhv edilib. Şuşa, Ağdam, Füzuli kimi şəhərlərdə muzeylər talan edilib, minlərlə eksponat oğurlanıb.

Nəzərə alaq ki, bu faktlar UNESCO və digər beynəlxalq təşkilatların prinsiplərinə ziddir.

Ən nəhayət Ermənistan işğalı səbəbi ilə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan həlak olub, 4 minə yaxın şəxs itkin düşüb.

Bütün bu faktlar göstərir ki, Ermənistanın Azərbaycana vurduğu ziyan təkcə iqtisadi deyil, eyni zamanda humanitar, mədəni və mənəvi xarakter daşıyır.

Bəs ermənilər bütün bunları niyə etdilər?

Dövlət başçısı İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşündə Ermənistanın bu cür əməlləri hansı məqsədlə törədiyini açıq şəkildə vurğulayıb:

“Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər”.

Ermənistan Azərbaycanla düşmənçilik apardığı üçün bu cür insanlığa sığmayan addımlar atıb. Lakin təəccüb doğuran məsələ budur ki, Ermənistan həyata keçirdiyi talançılıq siyasətini qonşu və Qərb dövlətləri ilə birgə aparıb. Xüsusilə də, Avropanın aparıcı dövlətlərinin şirkətləri işğal dövründə Azərbaycan ərazilərində fəaliyyət göstərib, dağ-mədən ehtiyatlarının, qiymətli torpaqların və əvəzsiz və nadir meşə ağaclarının qırılaraq xaricə daşınmasında bilavasitə iştirak ediblər.
 

Təəssüflər olsun ki, Azərbaycanın bütün müraciətlərinə baxmayaraq ölkəmizin maddi-mənəvi sərvətlərini talan edib, xaricə daşıyan şirkətlərə qarşı beynəlxalq hüquq çərçivəsində heç bir tədbir görülməyib.


Təbii ki, cinayətin cəzasız qalması cinayətkarları daha böyük qanunsuzluqlara sövq edir. Ona görə də beynəlxalq hüquq heç olmasa indi, gec də olsa lazım olanı etməli, həmin şirkətlər torpaqlarımızda törətdiyi əməllərə görə cavab verməlidirlər.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Sabah çimərliklərdə hava küləkli olacaq

Sabah çimərliklərdə hava küləkli olacaq

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Suriyada özbək döyüşçü qətlə yetirildi

Suriyada özbək döyüşçü qətlə yetirildi

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Aleksandar Vuçiç istefa verəcək

Aleksandar Vuçiç istefa verəcək

Bakıda yaşlı qadın ərini baltaladı

Bakıda yaşlı qadın ərini baltaladı

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO