Cəbrayılda xəstəxana işçisi dələduzluğa görə həbs edildi

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının "baş təsərrüfat qardaşı" vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, o, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.

Qeyd olunur ki, o, vəd verdiyi şəxslərdən ümumilikdə 17 min manat pul alıb.

Xəlil A. bu əməllərini 2023-cü ildən törətməyə başlayıb. Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib. Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb.

O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib. Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.

Zərərçəkmişlərin şikayətindən sonra Xəlil A. həbs edilib. O, zərərçəkmişlərə vurduğu ziyanı ödəməyib. Məhkəmə onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xatırladaq ki, bu işdə adı keçən direktor Anar Zamanov başqa cinayət əməlinə görə məsuliyyətə cəlb edilib.

 

O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva ilə birlikdə rüşvət almaqda təqsirləndirilərək hakim qarşısına çıxarılmışdı. Onlar əlillik dərəcələri təyin etdirmək üçün vətəndaşlardan rüşvət almaqda təqsirli bilinirdilər. Məhkəmə onlar barəsində şərti cəza təyin edib.


Onu da qeyd edək ki, adı çəkilən xəstəxanada bu kimi hallar tez-tez təkrarlanır. 2016-cı ildə də həkim-pediatr Eldar Məmmədov vətəndaşlardan külli miqdarda pul alaraq onlara əlillik dərəcəsi düzəldəcəyini vəd edərək dələduzluq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

Azərbaycanlı müğənni "Ferrari" ilə qəzaya düşdü - VİDEO/FOTO

Azərbaycanlı müğənni "Ferrari" ilə qəzaya düşdü - VİDEO/FOTO

End of content

No more pages to load

RADİO