Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, Xəzər dənizində bu gün ilk zəlzələ 3,0 bal gücündə gecə saat 02:03-də olub. Saat 07.28-də isə 3,1 gücündə ikinci zəlzələ qeydə alınıb.
Bizim.Media