İmişli rayonunda tərəvəz istixanasında yanğın baş verib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın saat 16 radələrində başlayıb.
Araz çayının kənarında yerləşən istixanada başlayan alov anidən güclənib. Dərhal hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media