Azərbaycanla İtaliya parlamentləri arasında mövcud əlaqələr müzakirə edildi

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də İtaliyanın Azərbaycandakı səfiri Luka Di Cianfrançesko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.

Bildirilib ki, enerji və iqtisadi sahədə mövcud əməkdaşlıq əlaqələri digər sahələrdə də münasibətləri daha da genişləndirməyə imkan verir.
 

Söhbət zamanı, parlamentlər arasında əlaqələrin daha da inkişafının vacibliyi qeyd olunub.


Vurğulanıb ki, parlamentlərarası əlaqələr oxşar dəyərlərə malik xalqlarımızın bir-birini daha yaxından tanımasına, bu əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Qarşılıqlı təmasların gücləndirilməsində dostluq qruplarının mühüm rola malik olduğu qeyd edilib. Tərəflər qanunverici orqanların beynəlxalq platformalarda da əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. İki ölkə arasında strateji əlaqələrə uyğun olaraq, parlamentlər arasında əlaqələndirmə və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova özünün İtaliyaya rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişləndirilməsinə müsbət töhfə verdiyini bildirib. O, İtaliya parlamentinin üzvlərinin bu il ölkəmizdə keçirilən prezident və parlament seçkilərini müşahidə etdiyini, həmçinin COP29 çərçivəsində keçirilən Parlament görüşündə iştirak etdiklərini xatırladıb.

Söhbət zamanı Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan suveren, müstəqil, demokratik, inkişaf edən ölkədir. Buna baxmayaraq, Sahibə Qafarova bəzi Qərb ölkələrinin Azərbaycana qarşı yalan, böhtan kampaniyası apardığını, xüsusilə COP29 ərəfəsində bu cür kampaniyaların daha da genişləndiyini bildirib. O cümlədən bəzi milli parlamentlərdə və beynəlxalq parlament təşkilatlarında ölkəmizlə bağlı qərəzli qərarların qəbul edilməsinin yolverilməz olduğu, bu addımın həmin təşkilatların özlərinin nüfuzuna xələl gətirdiyi vurğulanıb. Sahibə Qafarovanın sözlərinə görə, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə ikili standartlar qəbulolunmazdır.

O, həmçinin regionda mövcud olan vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə də diplomata məlumat verib, bir sıra Qərb ölkələrinin regionda sabitliyi pozmaq cəhdlərini tənqid edib.

İtaliyanın ölkəmizdəki səfiri Luka Di Cianfrançesko COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, İtaliya Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin bu mühüm qlobal tədbirdə iştirak etdiyini söyləyib.

Diplomat ölkəsi ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, səfirlik olaraq, bu əlaqələrin daha da inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

End of content

No more pages to load

RADİO