Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA

Xəbər verdiyimiz kimi, dekabrın 16-da Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub. Nəzərə alaq ki, gələn ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat olacaq. Növbəti il dövlət büdcəsinin xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Gələn il büdcədən bir çox sahələrə ayrılan vəsaitlərin həcmi artıb. Ən çox artım qeydə alınan sahələrdən biri də siyasi partiyalar ediləcək maliyyə yardımlarıdır.

Ümumilikdə, 2025-ci ildə siyasi partiyalara ayrılacaq vəsaitin həcmi 20 faiz artıb. Beləliklə, gələn il siyasi partiyalara 1 milyon manat daha artıq vəsait ayrılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il siyasi partiyalara 1 milyon manat maliyyə yardımı AYRILACAQ


Bəs, bu artım siyasi partiyalar tərəfindən necə dəyərləndirilir?

REAL Partiyasının sədri Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Dövlət Büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin artırılması müsbət haldır:

“Bu maliyyə dəstəyi təbii ki, siyasi partiyaların fəaliyyətinin daha effektiv təşkil olunmasına yardımçı olacaq. Bu həm seçkilərə hazırlıq dönəmi üçün, həm yerli təşkilatların gücləndirilməsi üçün partiyaların fəaliyyətini gücləndirəcək”.

İlk dəfədir ki...

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin sözlərinə görə, ilk dəfədir ki, parlamentdə təmsil olunmayan siyasi təşkilatlar da maliyyə vəsaiti alacaqlar:

“Qeyd edək ki, əvvəlki dövrdə  vəsait ancaq parlamentdə təmsil olunan  partiyalar arasında bölünürdü. Bu məsələdə təbii ki, siyasi qərar önəmli idi. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti də məsələ ilə bağlı müvafiq göstəriş verdi. Parlamentdə hökumət üzvləri də bunu açıqladılar”.

“Artım kifayət qədər böyükdür”

Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, 2025-ci ilin Dövlət Büdcəsində siyasi partiyalara ayrılan vəsaitin həcminin artırılması təqdirəlayiq haldır:

“Ümumilkdə, vəsait 20 faiz artırılıb. Bu da kifayət qədər böyük rəqəmdir. Yəni, ümumi vəsait 5 milyondan 6 milyona qədər artırılıb. Bütün hallarda bu müsbət haldır. Amma biz parlamentdə təmsil olunmayan partiyayıq. Bu da o deməkdir ki, ümumi vəsaitin 5 faizə qədəri bizim kimi partiyalara düşür. Bilirsiniz ki, parlamentdə 13-14 partiya təmsil olunur. Ona görə də vəsaitin 90 faizi ancaq parlamentdə təmsil olunan partiyalara ayrılır. Qalan 5 faizsə ehtiyatda saxlanılır. Partiyalar üzrə həmin vəsaiti aylar üzrə böləndə simvolik bir rəqəm - 2500-3000 manat düşür.

Bu vəsait ən yaxşı halda partiyanın mərkəzi qərərgahının – aparatının saxlanılması üçün yetərlidir. Amma partiyanın saxlanılması üçün bu rəqəm heç nə ifadə etmir. Nəzərə alsaq ki, partiyamızın 60 rayon təşkilatı var. Yaxşı olardı ki, siyasi partiyalara dəstək gücləndirilsin. Çünki xaricdən qrant almaq qanunla qadağandır. Üzvülük haqqı məsələsi də problemdir. Ona görə də dövlət tərəfindən bütün partiyalar güclü maliyyə yardımı edilməlidir ki, onlar da vətəndaş cəmiyyətinin və demokratik mühitin formalaşmasında daha aktiv iştirak etsinlər”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də partiyalara dövlət dəstəyini müsbət qiymətləndirib:

“Partiyalar dövlətin siyasi institutlarından biridir. Ona görə də dövlətin yaxşı idarə olunması üçün siyasi partiyalar aktif fəaliyyət göstərməlidir. Siyasi partiyalar dövlətin kadr potensialının hazırlanmasında vacib rol oynamalıdır. Eyni zamanda, siyasi partiyalar beynəlxalq münasibətlərdə fərqli və faydalı mövqe ortaya qoya bilər. Bir sözlə dövlətin inkişafı üçün siyasi partiyaların ayaqda durması vacibdir.

Alternativlik olan yerdə demokratiya bərqərar olur. Bu mənada BAP dövlətçilik mövqeyində duran bir partiyadır. Bizim partiya siyasi partiyalara dövlət dəstəyini müsbət hal hesab edir”. 

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

End of content

No more pages to load

RADİO