Baş redaktor: “Ağırlıq yükü çox olan informasiyalara maraq azalıb”

"Sosial şəbəkələrin populyarlaşmasının obyektiv və subyektiv səbəbləri var. Hər şeydən öncə texnologiyanın inkişafından sonra insanların həyatının böyük ölçüdə vizuallaşması amili nəzərə alınmalıdır. İnsanlar telefonda çox vaxt keçirir və ilk qarşılaşdıqları informasiyanın arxasınca çox az hallarda düşürlər. Təbii ki, ağırlıq yükü çox olan informasiyalara maraq azalıb.

Bu da informasiyanı dəqiqləşdirən hadisə yaxud hansısa məsələ ilə bağlı daha təfərrüatlı məlumat verməyə çalışan ənənəvi medianı geridə qoyur. İnformasiya istehlakçıları hadisə baş verəndən dərhal sonra məlumat almaq istəyirlər. Bu vəziyyət həm də informasiya təhlükəsizliyinə problem yaradır, çünki oxucu, yaxud tamaşaçının rəyi ilk qarşılaşdığı informasiya ilə formalaşır, onların az hissəsi bu informasiyanı dəqiqləşdirməyin arxasınca düşürlər. Nəticədə informasiya kirliliyi yaranır. Bunu obyektiv səbəb adlandırmaq olar, yəni hər şey müasir insanın tələbatı, istəkləri çərçivəsində baş verir".

Bizim.Media xəbər verir ki, bu fikirləri “Azxeber.com”a açıqlamasında "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli media savadlılığından danışarkən deyib.

Baş redaktor qeyd edib ki, informasiya kirliliyinin subyektiv səbəbi ənənəvi medianın klassik prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmamasıdır:
 

"Subyektiv səbəb isə ənənəvi medianın klassik prinsipləri müasir tələblərə uyğunlaşdırmaması, yaxud bunu tam etməməsidir. Misal üçün, hansısa informasiyanı dəqiqləşdirmək zaman alırsa, ənənəvi media əlindəki ilkin informasiyanı təqdim edə, daha sonra dəqiqləşdirmə apara bilər.


Hətta ilkin informasiya tam doğru olmasa belə, oxucunu informasiya təhlükəsizliyinə təhdid yaradan mənbələrdən yayındırmağa imkan verə bilər. Yəni oxucu tam doğru olmasa belə, ilkin yayılan informasiyanı ənənəvi mediada oxuyarsa, orada qala və dəqiqləşdirilən informasiya ilə də tanış ola bilər.

Digər səbəb isə ənənəvi medianın sosial şəbəkənin imkanlarından doğru istifadə edə bilməməsidir. Bu, təkcə bizdə yox, dünyanın müxtəlif ölkələrində də belədir. Hesab etmirəm ki, sosial şəbəkələr ənənəvi medianı sıradan çıxaracaq, lakin zəiflədəcəyi bəllidir, artıq proses buna doğru gedir. Buna qarşı atıla biləcək ən yaxşı addım ənənəvi medianın fəaliyyətini müasir prinsiplərə, müasir insanın tələb və istəklərinə uyğunlaşdırması ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – 9, 10, 11 may tarixlərində...

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – 9, 10, 11 may tarixlərində...

Yaşı 50-dən yuxarı olanlar üçün MÜHÜM XƏBƏR

Yaşı 50-dən yuxarı olanlar üçün MÜHÜM XƏBƏR

Mayın 9-da Moskvada mobil internet OLMAYACAQ

Mayın 9-da Moskvada mobil internet OLMAYACAQ

Riçard Gir Bakıda keçiriləcək WUF13-ə DƏSTƏK VERDİ

Riçard Gir Bakıda keçiriləcək WUF13-ə DƏSTƏK VERDİ

Bakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO

Bakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO

İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

İran ABŞ-ın təklifinə bu gün cavab verəcək?

“Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

“Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

“Pəri” şadlıq sarayının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

“Pəri” şadlıq sarayının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Ukrayna PUA-ları Bryansk və Rjevə zərbə endirdi: 13 yaralı var

Ukrayna PUA-ları Bryansk və Rjevə zərbə endirdi: 13 yaralı var

Dünyanın ən gözəl kəndi seçildi – Fotolar

Dünyanın ən gözəl kəndi seçildi – Fotolar

Əvvəl 40 gün çəkmişdi, bu dəfə iki günə bitdi... – Növbəti nə vaxt BAŞLAYACAQ?

Əvvəl 40 gün çəkmişdi, bu dəfə iki günə bitdi... – Növbəti nə vaxt BAŞLAYACAQ?

End of content

No more pages to load

RADİO