Anqlikan kilsəsində NÖVBƏTİ QALMAQAL – Ermənipərəst arxiyepiskopun istefasının PƏRDƏARXASI – ARAŞDIRMA

Anqlikan kilsəsində NÖVBƏTİ QALMAQAL – Ermənipərəst arxiyepiskopun istefasının PƏRDƏARXASI – ARAŞDIRMA
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kilsə rahiblərinin azyaşlılara qarşı cinsi zorakılıq xarakterli hərəkətləri uzun illər boyu dəfələrlə gündəmə gəlib. Xüsusilə də, Katolik kilsəsində bu cür iyrənc hallara daha çox rast gəlinib. Lakin Anqlikan kilsəsi də bu məsələdə katolik həmkarlarından geri qalmır...

Daha bir qalmaqal

Bir neçə gün öncə Anqlikan Kilsəsinin rəhbəri, Kenterburi Arxiyepiskopu Castin Velbi vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun bu addımı atmasına səbəb yuxarıda qeyd etdiyimiz xoşagəlməz hallar olub. Belə ki, 2013-cü ildən etibarən Anqlikan kilsəsinə rəhbərlik edən Velbi rəhbərlik etdiyi kilsələrdə uşaqlara qarşı zorakılıq hallarının baş verdiyini etiraf edib.

Onun istefasına səbəb isə illər əvvəl Anqlikan kilsəsində fəaliyyət göstərən Con Smit adlı keşişin Böyü Britaniya, Zimbabve və Cənubi Afrika kimi ölkələrdəki xristian tətil düşərgələrində uşaqlara qarşı zorakılıq tətbiq etdiyi barədə məlumatı olduğu halda, bunu gizlətməsi olub. Üstəlik Velbi bu faktları ört-basdır etmək üçün saxta hesabatlar da dərc etdirib. İndi isə sözügedən məsələ ifşa olunandan sonra Velbi təzyiqlər qarşısında istefa vermək məcburiyyətində qalıb.

Con Smitin çirkin əməlləri

Arxiyepiskopun istefasına səbəb olan Con Smit ilk dəfə 1970-80-ci illərdə Britaniyadakı xristian düşərgələrində məktəblilərə qarşı fiziki zorakılıq əməlləri ilə gündəmə gəlib. Onun bu əməlləri 1982-ci ildə “Iwerne Trust” xeyriyyə cəmiyyətinin hesabatında əks olunub. Belə ki, Smitin həmin dövrdə İngiltərədəki nüfuzlu dövlət məktəblərinin, o cümlədən Vinçester Kollecinin şagirdlərini öz evinə gətirdiyi və orada onları öz evində qamçıladığı hesabatlarda öz əksini tapıb.


Maraqlıdır ki, törətdiyi əməllər ifşa olunsa da, nə Anqlikan kilsəsi, nə də onun çalışdığı məktəblər bununla bağlı polisə müraciət edib. “Iwerne Trust”ın hesabatı isə yalnız 2017-ci ildə mətbuat tərəfindən üzə çıxarılıb.

Smit 1982-ci ildən sonra Böyük Britaniyanı tərk edərək, Zimbabveyə, 10 il sonra isə Cənubi Afrika Respublikasına köçüb. Burada da oxşar əməllərinə davam edən Smit 1992-ci ildə yeniyetmə oğlanın ölümündə belə ittiham olunub. 2013-cü ildə bu hadisə ilə bağlı da Anqlikan kilsəsinin məlumatlı olduğu üzə çıxıb. Lakin yenə də Smit istintaqdan yayınmağı bacarıb. 

Bu, Anqlikan kilsəsindəki ilk zorakılıq halı deyil...

2007-ci ildə Anqlikan kilsəsinin keşişi Peter Halidey 1990-cı illərdə üç uşağa qarşı cinsi zorakılığa yol verdiyini etiraf edib. Araşdırmalar zamanı onun qurbanlarının sayının daha çox olması ilə bağlı şübhələr yaransa da, Halidey yalnız üç uşağa qarşı zorakılığa görə ittiham edilərək həbs olunub. Bu hadisədən sonra keşişlərlə bağlı araşdırmaların miqyası daha da genişləndi.

2008-ci ildə Bexhill-on-Sea şəhər kilsəsinin rahibi olan Colin Pritchard iki oğlan uşağını cinsi istismara məruz qoyduğuna görə məhkum edilib. Eyni ildə “The Guardian” nəşri Çiçester Yeparxiyasında azyaşlılara qarşı zorakılıq faktlarını ifşa edən məqalə yayımlayıb. Həmin məqalədə 2006-cı ildə həyatını itirmiş keşiş Roy Kottonun cinsi zorakılıq əməlləri öz əksini tapıb.

Bu cür halların kütləvi şəkildə üzə çıxması nəticəsində 2014-cü ildə Böyük Britaniya hökuməti kilsələrdə cinsi zorakılıq iddialarını araşdırmaq üçün Uşaqların Cinsi İstismarına dair Müstəqil Araşdırma Mərkəzi yaradıb. Sözügedən mərkəz tərəfindən aparılan araşdırmalar 1990-2000-ci illərdə Anqlikan Kilsəsində uşaq istismarı ilə bağlı halları üzə çıxaran hesabatlar dərc edib.

Velbi kimdir?

68 yaşlı din xadimi Castin Velbi Britaniyanın ən nüfuzlu özəl məktəbi olan Etonda təhsil alıb. Maraqlıdır ki, o dini fəaliyyətə yönəlməzdən əvvəl, 1992-ci ilə qədər neft sənayesində çalışıb. Anqlikan kilsəsində 20 ildən çox fəaliyyət göstərdikdən sonra dini mərtəbələri sürətlə yüksələn Velbi 2013-cü ildə Anqlikan kilsəsinə rəhbərlik etməyə başlayıb.

Arxiyepiskop fəaliyyəti dövründə bir sıra qalmaqallı addımları ilə gündəmə gəlib. Xüsusilə də, oktaybrın 25-də Velbinin verdiyi bəyanat xristianlar arasında rezonansla qarşılanıb. O, kilsənin yüz illərdir davam edən ənənəsinə qarşı çıxaraq, cinsi azlıqların müdafiəsinə qalxıb. Homoseksuallarla bağlı kilsə qaydalarından imtina edən Velbi “geylərin cinsi münasibətdə olması günah deyil” fikirlərini səsləndirib.

Velbi Azərbaycan üçün də yad sima deyil...

Sabiq Arxiyepiskop 2023-cü ilin oktyabrında Azərbaycana səfər edib. O, Prezident İlham Əliyev tərəfindən qəbul edilib və görüş zamanı sülhpərvər açıqlamaları ilə diqqət çəkib.

Lakin Velbi Cənubi Qafqaz mövzusunda özünü üzdə nə qədər sülhpərvər göstərməyə çalışsa da, əslində fərqli mövqeyə sahib olub. Sabiq Arxiyepiskop ermənilərin katolikosu II Qareginə yaxınlığı ilə seçilib. Bunun nəticəsidir ki, Velbi müntəzəm olaraq Ermənistana səfərlər edib, Qareginlə görüşlər keçirib.


Bununla kifayətlənməyən Velbi daim erməni kilsəsinə dəstəyini nümayiş etdirib. O, Ermənistana səfərləri zamanı Qarabağı könüllü tərk etmiş erməniləri də diqqətdən kənarda qoymayıb, onlarla maraqlanmağı heç vaxt “yaddan çıxarmayıb”. Velbi ötən il Ermənistana səfər edərkən, qondarma “soyqırımı” abidəsini də ziyarət edib.  

Anqlikan kilsəsinin yeni rəhbəri kim olacaq?

Hazırda Velbinin postuna əsas namizəd kimi Qraham Aşerin adı çəkilir. 1970-ci ildə anadan olmuş Aşer hazırda Anqlikan kilsəsinin yepiskopudur. O, həmçinin ekoloq kimi də tanınır. Aşer uzun illərdir ki, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi aktivliyi ilə seçilir.


O bir neçə gün öncə Kalidə keçirilmiş BMT-nin Biomüxtəliflik Konfransı COP16-da Anqlikan kilsəsinin nümayəndə heyətinin rəhbəri kimi iştirak edib. Məhz bu səbəblərdən dolayı hazırda Böyük Britaniya iqtidarında olan Leyboristlər partiyasının Aşerin namizədliyinə dəstək göstərməsi ehtimalı böyükdür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bu yay rekord istidən 50 mindən çox insan ölüb

Bu yay rekord istidən 50 mindən çox insan ölüb

Oskar mükafatlı 91 yaşlı əfsanə qaranlığa qərq olub: Görmürəm

Oskar mükafatlı 91 yaşlı əfsanə qaranlığa qərq olub: Görmürəm

İlham Əliyev onları təbrik etdi - FOTO

İlham Əliyev onları təbrik etdi - FOTO

Maskın etirafından sonra Ukrayna tərəf cavab verdi

Maskın etirafından sonra Ukrayna tərəf cavab verdi

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb

Diqqət! Hesabınız oğurlana bilər

Diqqət! Hesabınız oğurlana bilər

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb

Çində 5,3 maqnitudalı zəlzələ baş verib

Çində 5,3 maqnitudalı zəlzələ baş verib

Mask Ukraynanın Starlink istifadəsini məhdudlaşdırdığını etiraf etdi

Mask Ukraynanın Starlink istifadəsini məhdudlaşdırdığını etiraf etdi

Tibbdə ilk: DNT insan orqanizminin daxilində redaktə edildi

Tibbdə ilk: DNT insan orqanizminin daxilində redaktə edildi

İnfantino Prezidentə xatirə hədiyyələri təqdim edib - FOTOLAR

İnfantino Prezidentə xatirə hədiyyələri təqdim edib - FOTOLAR

İbrahim Tatlıses xəstəxanada 40 gün bu filmə baxıb

İbrahim Tatlıses xəstəxanada 40 gün bu filmə baxıb

Meta-nın 25 milyard dollarlıq cəriməsinin arxasında nə dayanır? - Facebook qalmaqalının pərdəarxası

Meta-nın 25 milyard dollarlıq cəriməsinin arxasında nə dayanır? - Facebook qalmaqalının pərdəarxası

Qarşıdakı 3 ayda da anomal istilər gözlənilir - Dünya Meteorologiya Təşkilatı

Qarşıdakı 3 ayda da anomal istilər gözlənilir - Dünya Meteorologiya Təşkilatı

Günel Həsənzadə ölüm xəbərini təkzib etdi

Günel Həsənzadə ölüm xəbərini təkzib etdi

"Cəhənnəm mələkləri" qruplaşmasının liderinə 15 il 6 ay həbs cəzası verildi

"Cəhənnəm mələkləri" qruplaşmasının liderinə 15 il 6 ay həbs cəzası verildi

Rusiya və Ukrayna arasında müharibə hələ illərlə uzana bilər - Təhlil

Rusiya və Ukrayna arasında müharibə hələ illərlə uzana bilər - Təhlil

Qadın avtomobillə supermarketə girdi, rəfləri dağıtdı - VİDEO

Qadın avtomobillə supermarketə girdi, rəfləri dağıtdı - VİDEO

ABŞ-dən Səudiyyə Ərəbistanına səfərlə bağlı yeni xəbərdarlıq: Təhlükə artır

ABŞ-dən Səudiyyə Ərəbistanına səfərlə bağlı yeni xəbərdarlıq: Təhlükə artır

Pezeşkiyandan ABŞ-aSƏRT REAKSİYA: hər şeyi korladılar

Pezeşkiyandan ABŞ-aSƏRT REAKSİYA: hər şeyi korladılar

Sabah bu şəxslərin həyatında gözlənilməz dəyişikliklər başlayır

Sabah bu şəxslərin həyatında gözlənilməz dəyişikliklər başlayır

Avropada 6 ayda 50-dən çox hibrid hücum - Rusiya ilə Belarus ittiham olunur - FOTO

Avropada 6 ayda 50-dən çox hibrid hücum - Rusiya ilə Belarus ittiham olunur - FOTO

Uşaqlar üçün cazibədar təhlükə: ciddi problemlər yarada bilər

Uşaqlar üçün cazibədar təhlükə: ciddi problemlər yarada bilər

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

End of content

No more pages to load

RADİO