“ABŞ-ın tətbiq etdiyi sanksiyalar iqtisadi terrordur”.
Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata verdiyi açıqlamada bildirib.
İran Prezidenti ABŞ-ı İran qarşısındakı öhdəliklərinə əməl etməyə çağırıb və bildirib ki, İran xalqı qarşı tərəf qanuna tabe olana qədər səbr və müqavimət göstərməyə davam edəcək.
Həsən Ruahnidən sonra İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Amerikadakı prezident seçkiləri ilə bağlı qiymətləndirmə edib. O bildirib ki, Bayden və Tramp arasında böyük fərq var.
Bizim.Media