Dörd qanun layihəsi Milli Məclisin plenar iclasına TÖVSİYƏ OLUNDU

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. 

O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli son illərdə vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılmış dəyişikliklərdən danışıb.

Bildirib ki, bu gün təklif olunan dəyişikliklər də biznesin və investisiya fəallığının dəstəklənməsinə yönəlmiş bir layihə paketidir. Bu dəyişikliklər vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına yönəlib. Xidmət rəisi təklif olunan dəyişikliklərin istiqamətləri barədə danışaraq, qeyd edib ki, bu, özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişikliklərdir.

Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov slaydlar əsasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi barədə ətraflı məlumat verib. Layihənin əhatə dairəsi barədə danışan Baş idarə rəisi bildirib ki, 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur.

Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. 
 

Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur.


Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikro sahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.

Sonra Baş idarə rəisi sadalanan sahələrin hər biri üzrə ayrı-ayrılıqda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb.

Çıxış edən deputatlar dəyişikliklərin ölkəmizdəki fiskal siyasətin mahiyyətinə uyğun olduğunu, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün bir sıra məsələləri əhatə etdiyini diqqətə çatdırıblar, qeyd və təkliflərini səsləndiriblər.

Maliyyə Nazirliyinin şöbə müdiri Fikrət Şirinov Vergi Məcəlləsinə bu dəyişikliklərdə nəzərdə tutulan güzəştlərin Dövlət büdcəsinə təsiri barədə məlumat verib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deputatların səsləndirdikləri məsələlərə münasibət bildirdikdən sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra Azər Əmiraslanov bildirib ki, gündəliyin növbəti məsələləri birinci oxunuşda olan 3 qanun layihəsidir.
 

Bunlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir.


Bildirilib ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər texniki, uyğunlaşdırma və təşviqetmə məqsədi daşıyır. Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

“By Ella” ləqəbli bloqer həbs edildi

“By Ella” ləqəbli bloqer həbs edildi

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Boşanmaların ən yüksək olduğu ərazi...

Boşanmaların ən yüksək olduğu ərazi...

End of content

No more pages to load

RADİO