Bakıda QHT fəallarını döyən ABŞ Konqresmeninin mühafizəçilərinin həbsi tələb edildi

Bu gün bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Peloninin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Frank Pelon Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi


Xatırladaq ki, ötən gün gecə Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub.

O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib:

“Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik.

O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib”.
 

Bu gün davam edən dinc aksiya zamanı QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Peloninin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət imzalayıblar.


QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Mələkxanım Eyubovanın evi – VİDEO

Mələkxanım Eyubovanın evi – VİDEO

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

End of content

No more pages to load

RADİO