Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında tərəfdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimiz çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib, sədrliyin təhvil alınması, habelə sessiyaya hazırlıq işləri çərçivəsində BMT, onun ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq etdiyimizi diqqətə çatdırıb.

Ölkəmiz tərəfindən edilən bu seçimin iqlim dəyişikliyi ilə mübarizə səylərinin əlaqələndirilməsi və davamlılığının təmini baxımından əhəmiyyəti vurğulanıb.

İqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyimizdən çox öncə ətraf mühitin qorunması məsələlərini milli inkişaf strategiyamızın mərkəzinə gətirdiyi, sədrliyimiz çərçivəsində isə bu istiqamətdə qlobal səylərə töhfə vermək niyyətində olduğumuz bildirilib.

Baş direktor Emi Poup COP29 sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib.
 

İqlim dəyişikliyi nəticəsində bir çox insanın miqrasiya etdiyini nəzərə alaraq, bu baxımdan Təşkilatın əsas fokusunun həmin insanların uyğunlaşması, onlara dəyən zərərlərin aradan qaldırılmasına dəstək olduğu qeyd edilib. Bu baxımdan, sədrliyimizin iqlim maliyyəsi prioritetini irəli sürməsinin bu kimi məsələlərin həllini tapmasına töhfə baxımından əhəmiyyəti qeyd olunub.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

End of content

No more pages to load

RADİO