COP29-un rəqəmsal məlumat platforması istifadəyə verildi - FOTO

11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib. Təkmilləşdirilmiş versiyada olan vebsayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir.

Bizim.Media xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni vebsayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır.

Vebsayt görmə məhdudiyyətli şəxslər üçün xüsusi uyğunlaşdırılmış interfeysi təmin edərək, hər kəsin rahat və sərbəst istifadəsinə imkan yaradır.

Yenilənmiş resurs qlobal iqlim konfransının mediada geniş işıqlandırılması üçün mətbuat nümayəndələrinə ən son məlumatlara çıxış imkanı verir. Rəqəmsal məlumat platformasında COP29-la əlaqədar informasiyaların operativ şəkildə yenilənməsi medianın dəqiq və vaxtında məlumat almasına imkan verir.

COP29 rəsmi vebsaytının digər mühüm yeniliklərindən biri media nümayəndələrinin COP29-la əlaqədar tədbirlərdən çəkilmiş yüksək keyfiyyətli foto və videoları əldə edə biləcəyi eksklüziv multimedia qalereyasıdır.

Bu resurs, jurnalistlərə COP29-un əhəmiyyətini geniş auditoriyaya daha təsirli şəkildə çatdırmaq üçün peşəkar vizual materiallardan istifadə etməyə fürsət yaradır.
 

İstifadəçilərin məlumatlara çıxışını təmin edən tez-tez verilən suallar (FAQ) bölməsində isə konfransda iştiraka dair hər kəsi maraqlandıran aktual suallar və cavablar əhatə olunub və bu bölmə mütəmadi olaraq yenilənir. Bundan əlavə, yeni vebsaytda istifadəçilər üçün real vaxtda sualların cavablandırılması üçün “Chatbox” xidməti də istifadəyə verilib. Bu xidmət istifadəçilərin konfransın təşkilati və texniki detalları barədə informasiya əldə etməsini asanlaşdırır.


COP29 rəqəmsal məlumat platformasında iştirakçılar üçün konfransın Mavi və Yaşıl Zonalarında yerləşəcək pavilyonlarla bağlı məlumatlar, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlər haqqında geniş məlumatlar da yer alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkir və Tovuzda evlərdən oğurluq edən şəxs tutuldu – ANBAAN VİDEO

Şəmkir və Tovuzda evlərdən oğurluq edən şəxs tutuldu – ANBAAN VİDEO

Pəncərədən küçəyə 1 milyon atdı - Video

Pəncərədən küçəyə 1 milyon atdı - Video

“Nargilə” kafesi SÖKÜLƏCƏK – VİDEO

“Nargilə” kafesi SÖKÜLƏCƏK – VİDEO

Çempionlar Liqası: “Real Madrid” bu gün “Bavariya”nı sınağa çəkəcək

Çempionlar Liqası: “Real Madrid” bu gün “Bavariya”nı sınağa çəkəcək

Bakıda və digər mərkəzi şəhərlərdə istilik verilişi DAYANDIRILDI

Bakıda və digər mərkəzi şəhərlərdə istilik verilişi DAYANDIRILDI

Millimiz Andorranı MƏĞLUB ETDİ

Millimiz Andorranı MƏĞLUB ETDİ

Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı

Biləsuvarın bu ərazilərində işıq olmayacaq

Biləsuvarın bu ərazilərində işıq olmayacaq

Xatirələrdə yaşayan ömür: Zərifə Əliyeva fenomeni

Xatirələrdə yaşayan ömür: Zərifə Əliyeva fenomeni

SEPAH İran küçələrində postlar qurub - Əhali narazılıq edir - FOTO

SEPAH İran küçələrində postlar qurub - Əhali narazılıq edir - FOTO

"Mossad" rəhbəri: "İrandakı missiyamız rejim devrilənə qədər davam edəcək" - FOTO

"Mossad" rəhbəri: "İrandakı missiyamız rejim devrilənə qədər davam edəcək" - FOTO

İsrail ordusu Livanda quru əməliyyatlarını davam etdirir - FOTO

İsrail ordusu Livanda quru əməliyyatlarını davam etdirir - FOTO

GÜNÜN HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq

GÜNÜN HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Azərbaycanda qadın keçmiş sevgilisindən belə qisas aldı - DETALLAR

Azərbaycanda qadın keçmiş sevgilisindən belə qisas aldı - DETALLAR

Vaşinqton Tehranla sonda razılığa gələcək - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi

Vaşinqton Tehranla sonda razılığa gələcək - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi

“Kim qırmızı xəttimə qarşı çıxsa...” – Kinematoqrafçılar İttifaqına sədr seçkisi öncəsi MÜSAHİBƏ

“Kim qırmızı xəttimə qarşı çıxsa...” – Kinematoqrafçılar İttifaqına sədr seçkisi öncəsi MÜSAHİBƏ

Kişi ondan borcunu tələb edən sevgilisini döydü

Kişi ondan borcunu tələb edən sevgilisini döydü

Azərbaycanda yeni qazanc növü -"Evimin damını satıram"

Azərbaycanda yeni qazanc növü -"Evimin damını satıram"

Rusiya XİN: Rəsmi Bakı rusiyalıların İrandan təxliyəsinə dəstək verib

Rusiya XİN: Rəsmi Bakı rusiyalıların İrandan təxliyəsinə dəstək verib

“Uzak Şehir” reytinqlərdə alt-üst oldu

“Uzak Şehir” reytinqlərdə alt-üst oldu

Bu ərazidəki evlər SÖKÜLƏCƏK – Yeni yol qovşağı salınır - VİDEO

Bu ərazidəki evlər SÖKÜLƏCƏK – Yeni yol qovşağı salınır - VİDEO

Şanslı olacaq 3 bürc

Şanslı olacaq 3 bürc

End of content

No more pages to load

RADİO