Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müxalifəti parlament seçkilərindəki məğlubiyyətdən sonra kütləvi etirazlara çağırıb.
Bizim.Media xəbər verir ki, Saakaşvili bu barədə Facebook hesabında yazıb.
“Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcəyik. İtirəcək bir dəqiqəmiz belə yoxdur”, - deyə o, paylaşımda qeyd edib.
Bizim.Media