Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Müharibə vaxtı işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradan feldşer gizir Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, A.Talıbov ona müharibə veteranı və vəsiqəsi verilməsi üçün iddia qaldırıb.

Talıbov sözügedən məntəqəni döyüş meydanından birbaşa gələn yaralılara ilkin tibbi xidmət göstərmək üçün yaradıb. Tibb qardaşı iddia ərizəsində yazır ki, 2020-ci il Füzuli Müalicə Diqanostika Mərkəzinə könüllü müraciət edib və həmin xəstəxananın tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradıb. O, müharibə vaxtı nümunəvi fəaliyyətini əsas gətirərək iddiasının təmin edilməsini xahiş edib.

Bakı İnzibati Məhkəməsi iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, əməliyyatlarda iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsini də öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirib.

Qərara əsasən iddia təmin edilib.

Lakin Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarla razılaşmayıb. Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, iddiaçının Müdafiə Nazirliyi ilə rəsmi xidməti münasibəti olmayıb, ezam sənədləri təqdim etməyib, yalnız könüllü kimi fəaliyyət göstərib. Hətta məhkəmə araşdırması zamanı iddiaçı özü də ezam sənədlərinə malik olmadığını etiraf edib.

Xüsusilə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbi ilə bağlı Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmayıb.

Nəticədə Müdafiə Nazirliyinin şikayəti qismən təmin edilib, Anar Talıbova müharibə veteranı adı verilməsinin mümkün hesab edilməsi ilə bağlı əvvəlki qərar ləğv edilib.

İddiaçı tərəf bu qərardan kassasiya şikayəti hazırlayıb. Son sözü Ali Məhkəmə deyəcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Bu kəndə köçənlərə pul ödəniləcək

Bu kəndə köçənlərə pul ödəniləcək

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Tehranda Əli Xameneinin və ailə üzvlərinin dəfn mərasimi keçirilir – VİDEO

Tehranda Əli Xameneinin və ailə üzvlərinin dəfn mərasimi keçirilir – VİDEO

“Pembe”dən təsirli PAYLAŞIM: "Beter Əliyə salam de, Ethem..." – FOTO

“Pembe”dən təsirli PAYLAŞIM: "Beter Əliyə salam de, Ethem..." – FOTO

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Braziliya millisində 40 ilin antirekordu

Braziliya millisində 40 ilin antirekordu

End of content

No more pages to load

RADİO