Bu kənddə hamı milyonçudur: Bütün gəlirlər tam bərabər bölünür - FOTO

Sosializm termini ilk dəfə İngiltərədə yaranıb. Oradan da yavaş-yavaş Avropaya və dünyaya yayılıb. Sosializm fəlsəfəsinin əsas prinsipləri insanın insan tərəfindən istismarına son qoyulması, sosial bərabərlik və sosial ədalətin bərpa olunması və xüsusi mülkiyyətin ləğv olunmasıdır. Bir sözlə, həm əməyin, həm gəlirin tam bərabər bölünməsidir.

Sosializm müəyyən zaman kəsiyində qitələrdə yayılsa da, sonradan kapitalizm bu sistemi yavaş-yavaş sıxışdırıb çıxarır. Lakin çox az sayda olsa da, hələ də dünyada bu prinsiplə idarə olunan dövlətlər mövcuddur.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Çinin tamamilə sosializmlə idarə olunan bir kəndi haqqında maraqlı məlumatları təqdim edir.


Çinin Huaxi kəndi orta hesabla 50 ildir ki, ölkənin ən varlı kəndi statusunu qoruyub saxlayır. Bu kənd həmçinin dünyanın ən varlı kəndləri siyahısında birinci yerdə qərarlaşıb.

Kəndin bütün əhalisi “Huaxi Village Corporation” şirkətinin səhmdarıdır. Şirkət kifayət qədər gəlir əldə edir və Çinin iqtisadiyyatının böyüməsinə töhfə verir. Şirkətin illik gəlirinin 20%-i bütün kənd əhalisi arasında tam bərabər bölünür. Rəqəm kiçin səslənə bilər, lakin söhbət milyonlarla dollardan gedir. Yerdə qalan 80% isə kəndin sosial və iqtisadi yüksəlişi üçün sərf olunur.

Əslində, kəndin əhalisi yaşayış üçün çox cüzi məbləğ xərcləyir. Çünki Huaxidə tibbi xidmət, təhsil, mənzil təminatı, həyat sığortası xərclərini “Huaxi Village Corporation” ödəyir.

Hətta Çin əhalisinin əsas qidasını təşkil edən düyü də kənd əhalisi üçün pulsuz paylanılır.

Kənddə bütün gəlirlər tam bərabər bölünür və kasıb yoxdur. Kəndin 2 min əhalisinin hamısı milyonçudur, villada yaşayır və banklarda kifayət qədər böyük məbləğdə əmanətləri var.

Kəndin küçələrində yalnız lüks maşınlar görmək olar və bütün yollar, küçələr təmirli və təmizdir. Bundan əlavə, kəndin təhlükəsizliyi üçün də kifayət qədər vəsait ayrılır və qatı disiplin qaydaları hökm sürür.


Huaxi kəndində göz oxşayan memarlıq əsərləri də mövcuddur. Kənddə xidmət göstərən 328 metr hündürlüyündə hotel gələn turistləri heyran edir. Eyni zamanda Huaxidə dünyada məşhur olan binaların eynisi- Ağ ev, Zəfər tağı, Sidney Opera binası, hətta Çin səddinin oxşarı da kənddə inşa olunub.

Eyni zamanda kənddə sərt qaydalar da hökm sürür. Məsələn, kazino, qumar, gecə klubları, əyləncə məkanları Huaxidə qadağandır. Əhali nisbətən təcrid olunmuş həyat yaşayır.

Dünya müharibələri ABŞ-dan başqa bütün ölkələrin inkişafını əsrlərlə yubatdı. Çinin özü də kifayət qədər zəifləmişdi. Bəs bu kəndi dünya miqyasında birinci edən amil nə oldu? Cavabı çox sadədir- kəndə başçı təyin edilən bir şəxsin aldığı riskli bir qərar!


1960-cı illərdə kəndə kommunist partiyasının nümayəndəsi təyin olunur. Bir növ icra başçısı. Vu Renbau adlı bu şəxs kəndə təyinat alanda Huaxi əhalisi əkin ilə məşğul idilər və təxminən 600 min sakin yoxsul həyat yaşayırdı. Renbau kəndin coğrafi quruluşunu və əhalinin potensialını nəzərdən keçirir. 1969-cu ildə olduqca riskli bir qərar alır. Kənddə əkin işlərini ləğv edib tekstil fabriki qurur. Gözlənilmədən tekstil fabriki yüksək gəlirlər gətirməyə başlayır. Kəndin taleyi tamamilə dəyişir. Çinin zəif düşmüş iqtisadiyyatı da bu kənddəki fabrik sayəsində dirçəlməyə başlayır. Fabrik sürətlə böyüyür və kəndin gəlir mənbəyi olan şirkət qurulur.

Huaxini bir növ yenidən inşa edən Vu Renbou 2013-cü ildə vəfat edir. Onun cənazəsi 20 lüks maşın və bir helikopterin müşayiəti ilə dəfn olunur.

Bu kənd dünyada sosializm muzeyi statusu daşıyır. Hər il 2 milyon turist təkcə bu bərabərliyi və lüksü görmək üçün Huaxiyə gəlir.


Amma kənddə yaşamaq kənardan göründüyü kimi asan deyil. Kifayət qədər sərt qayda və qanunlar hökm sürür. Türkiyə mətbuatının Çin mənbələrindən əldə etdiyi məlumata əsasən, kənd əhalisi bankda olan əmanətlərini götürərkən, nə üçün xərcləyəcəkləri haqqında şirkətə məlumat verməlidirlər. Üstəlik, o pulları yalnız Huaxidə xərcləməyə icazə verilir. Kənddən kənara investisiya yatırmağa icazə verilmir. Kəndi tərk edənlər isə özləri ilə heç nə apara bilməzlər. Bəzi mənbələr isə iddia edirlər ki, “kəndin rifahı üçün” əhali həftənin 7 günü işləməyə məcburdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

Leyla Əliyevadan ulu öndər Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Leyla Əliyevadan ulu öndər Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Avroviziya təmsilçimiz firuzəyi xalıda addımladı, Aygün Kazımovanın mahnısı SƏSLƏNDİ - VİDEO

Avroviziya təmsilçimiz firuzəyi xalıda addımladı, Aygün Kazımovanın mahnısı SƏSLƏNDİ - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Xalqı Zəfərə aparan lider

Xalqı Zəfərə aparan lider

Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı

Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı

Yeni virusla bağlı xəbəri bu şəxslər MÜTLƏQ OXUSUN

Yeni virusla bağlı xəbəri bu şəxslər MÜTLƏQ OXUSUN

End of content

No more pages to load

RADİO