Dotasiyadan asılı qalan BƏLƏDİYYƏLƏR – Onların birləşdirilməsi nəyi DƏYİŞƏCƏK?

Azərbaycanda bələdiyyə institutu 25 il əvvəl yaradılsa da, ötən müddət ərzində bu sahədə hər hansı uğura imza atılmayıb. Əksinə bu institut cəmiyyətdə ancaq “torpaq satan” qurum kimi ad çıxarıb. Üstəlik, öz hesabına ayaqda qala bilməyən bütün bələdiyyələr dövlət büdcəsindən hər il yardım alır. Beləcə, öz fəaliyyəti ilə xalqa və dövlətə yardım etməli olmalı olan bələdiyyələr hər kəsə bir yük olub.

Məsələnin həlli üçün müvafiq qurumlar bələdiyyələrin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Belə ki, Azərbaycanda 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ B AĞLI:

Azərbaycanda bələdiyyələrin sayı yarıyadək AZALDILIR


"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2024-cü il 5 aprel tarixli Qanununa əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi variyyat, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Eyni zamanda, birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

Bəs bu birləşmə bələdiyyələrin işində canlanma yaradacaqmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razi Nurullayev bildirib ki, bələdiyyə əslində iş yeri yaratmalı, bizneslə məşğul olaraq pul qazanıb, yerli inkişafa töhfə verməlidir:

“Amma bu gün görürük ki, bələdiyyələrin gözlə görünən qazancı əsasən torpaqların satışı və icarəyə verilməsindəndir. Əksər kənd bələdiyyələri dotasiya alır. Dotasiya alan bələdiyyə hansı inkişafdan danışa bilər?! Bir bələdiyyə özünü saxlaya bilmirsə, sakinlərə necə xidmət göstərə bilər?! Yaxşı olar ki, yaradılan yeni bələdiyyənin hər biri haqqında ayrı-ayrılıqda inkişaf konsepsiyası hazırlansın.  Bələdiyyələrin biznes bacarıqlarının inkişaf etdirilməsi üçün onların banklarla əlaqəsi gücləndirilsin. Banklar bələdiyyələrin inkişaf strategiyasında iştirakçı olsunlar.

Bundan əlavə, bələdiyyələrin biznes bacarıqlarının inkişaf etdirilməsi üçün xarici tərəfdaşlar da cəlb edilsin. Dünyada xeyli sayda təşkilatlar var ki, onlar bu sahədə bizə ciddi köməklik göstərə bilər. Biz bələdiyyələrə öz ayaqları üstündə dayanmağı və öz ərazilərində sosial vəziyyəti inkişaf etdirməyin yollarını öyrətməliyik. Bələdiyyələrin ən azı ildə bir dəfə ümumrespublika yığıncağının keçirilməsi vacibdir ki, onlar görüşüb təcrübə mübadiləsi apara bilsinlər”.

“Bələdiyyələrin satdığı torpaqlara çıxarış almaq mümkün deyil”

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə qeyd edib ki, hazırda əsas problem bələdiyyə torpaqlarındakı qanun pozuntularıdır:

“Hansı ki, bəzi bələdiyyələr öz ərazisindən başqa digər ərazilərə də müdaxilə edib. Bu və digər səbəblərdən bələdiyyələr tərəfindən vətəndaşlara satılan minlərlə torpaq sahəsinə bu gün dövlət reyestrindən çıxarış almaq mümkün deyil. Çıxarışı olmayan torpaq sahələrindən bələdiyyələr torpaq və əmlak vergisi toplaya bilmir.

Çox təəssüf ki, bu gün bəzi bələdiyyələrin mülkiyyətləri dəqiqləşdirilməyib. Üstəlik, bələdiyyə mülkiyyətində olan torpaqlar dövlət reyestrindən çıxarış verilməlidir ki, onlar kadastr planı üzrə torpaqlardan düzgün istifadə edə bilsin. Bu məsələ ilə bağlı bir necə il qabaq İqtisadiyyat Nazirliyində müəyyən işlərə start verilib. Amma hələki proses başa çatmayıb.


Düşünürəm ki, kadastr planı olsa, o zaman bələdiyyələrin verdikləri torpaqlara vətəndaşların çıxarış alması prosesi xeyli asanlaşar. Əslində vətəndaşlara çıxarış verilməsində bələdiyyələr daha çox maraqlı olmalıdırlar. Əgər bələdiyyə torpaqlarında olan əmlak və torpaqların çıxarışı olsa, o zaman vergi toplamaq da asan olar. Bu da bələdiyyələrin büdcəsinə hər il böyük miqdarda vəsait daxil olması ilə nəticələnər”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

End of content

No more pages to load

RADİO